Icma.az
close
up
RU
YAP Yasamal rayon təşkilatında Qurban bayramı münasibətilə tədbir keçirilib

YAP Yasamal rayon təşkilatında Qurban bayramı münasibətilə tədbir keçirilib

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

YAP Yasamal rayon təşkilatı tərəfindən keçirilən tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, şəhid ailə üzvləri, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Yasamal rayon ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri iştirak edib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək bildirib ki, bu gün biz müqəddəs Qurban bayramını qalib xalqın nümayəndələri kimi qeyd edirik. Bu bayram artıq yalnız mənəvi təmizlik, paylaşmaq, mərhəmət rəmzi ilə yanaşı həm də milli qürurumuzu, dövlətimizin qüdrətini nümayiş etdirən bir gündür. Əldə etdiyimiz tarixi zəfərlər sayəsində digər bayramlar kimi bu bayram azad Qarabağda – əzəli torpaqlarımızda yüksək ruhla, milli birliklə qeyd olunur. Bu, həm də dövlətimizin gücünün, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin bəhrəsidir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası bu gün öz ən parlaq nəticələrini verir. Azərbaycanda sabitlik, inkişaf, sosial rifah Qurban bayramının sevincini daha da artırır. Qeyd olunub ki, bu gün şəhid və aztəminatlı ailələrin rifahı ölkə rəhbərliyinin sosial siyasətində əsas istiqamətlərdən biridir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid və aztəminatlı ailələrə diqqət və qayğı göstərirlər. Göstərilən diqqət və qayğı bu ailələrin həyatına ümid, ölkəmizə isə sonsuz inam bəxş edir. Qoy bu bayram xalqımıza yeni uğurlar, torpaqlarımıza firavanlıq gətirsin! Çıxışının sonunda Bəxtiyar Nəbiyev qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev vurğulayıb ki, Qurban bayramı təkcə dini mərasim deyil, həm də mənəvi oyanış günüdür. Bu oyanışın dərinliyində milli kimliyimiz, tariximiz və ideallarımız dayanır. Ulu öndər Heydər Əliyev din və dövlət münasibətlərini əsaslı şəkildə quraraq milli-mənəvi dəyərlərimizin qorunmasını təmin etdi. Müstəqil Azərbaycanda bayramlar azad və firavan şəkildə qeyd olunur. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. İnkişaf edən iqtisadiyyat, möhkəmlənən ordu və sosial rifah siyasəti – bunlar xalqımıza sabitlik və bayram sevincini təmin edir. Bayramlar indi daha əzəmətli, daha əhatəli keçirilir.

Çıxış edən 44 günlük Vətən müharibəsi şəhidi, XTQ-nin kapitanı Nurlan Mustafayevin anası, YAP Yasamal rayonu “Hüseyn Cavid 33A”(“Bakı Metropoliteni” QSC) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Rahilə Ramazanova bildirib ki, Qurban bayramı mənəviyyatımızın, mərhəmət və həmrəyliyin təntənəsidir. Azərbaycan dövləti bu müqəddəs dəyərlərə sadiqliyini daim nümayiş etdirir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi milli dəyərlərə əsaslanan yol davam edir. Onun siyasi irsi bayramlarımızı da gücləndirən mənəvi dayağa çevrilib. Prezident İlham Əliyev uğurlu fəaliyyəti ilə bu ənənələri yaşayır və bu istiqamətdə mühüm addımlar atılır. Bayram günlərində şəhid və aztəminatlı ailələrinə dəstək siyasəti bu qayğının göstəricisidir. Azərbaycanın sabitliyi, inkişafı bayram əhvalını daha da yüksəldir.

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədri İlhamə Qəsəbova bildirib ki, Qurban bayramı paylaşmaq, ehtiyac sahiblərini unutmamaq çağırışıdır. Azərbaycan dövləti bu çağırışlara konkret addımlarla cavab verir. Ulu öndər Heydər Əliyev insan amilini siyasətin mərkəzinə qoydu. Onun bu yanaşması bayramların da mahiyyətində öz əksini tapdı. Əhalinin sosial müdafiəsi, aztəminatlı və şəhid ailələrinə dəstək siyasəti formalaşdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət inkişaf edərək yeni mərhələyə qədəm qoyub. Qeyd olunub ki, hər bir şəhid və aztəminatlı ailənin bayram sevincini yaşaması dövlətin diqqətindədir. Bayram süfrələrinin bolluğu sabitliyin, rifahın göstəricisidir.

Çıxışlardan sonra xatirə şəkli çəkdirilib.

Tədbirdən sonra YAP Yasamal rayon təşkilatı tərəfindən Qurban bayramı münasibətilə aksiya təşkil olunub. Aksiya çərçivəsində Yasamal rayonunda yaşayan şəhid və aztəminatlı ailələr ziyarət olunub və onlara bayram sovqatları təqdim edilib. Şəhid və aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Qurban bayramınız mübarək!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 İyun 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri