Icma.az
close
up
RU
YAPçı deputatlar çıxışlarına görə hədəfdə: Populyarlıq sevdasına düşənlər...

YAPçı deputatlar çıxışlarına görə hədəfdə: Populyarlıq sevdasına düşənlər...

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin iclası bəzi deputatların tənqidi çıxışları ilə yadda qaldı.

Belə ki, Siyavuş Novruzov, Səyyad Aran, Razi Nurullayev, Arzuxan Əlizadə, Səyyad Salahlı bir sıra məsələlərdə ölkənin sosial siyasətini tənqid etdilər.

Siyavuş Novruzovun kəndlilərə verilən heyvanların xəstə olması, ölməsi iradı Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayevlə arasında mübahisənin yaranmasına da səbəb olub.

Siyavuş Novruzov “Özünüməşğulluq proqramı ilə kəndçiyə iki ədəd inək verirlər, o da qapıdan girəndən üç gün sonra ölür” desə də, nazir Sahil Babayev “Bununla bağlı bukletlər də çap olunub. Təqdim olunan heyvanlarla bağlı araşdırılmamamış məlumatlar verilməsin. Təqdim olunmuş heyvanlarla bağlı AQTA-nın xəstəlik sağlamlıq arayışları orda olur. Araşdırmamış heç kim heç nə deməsin”deyərək etirazını bildirib.

O cümlədən Səyyad Salahlının qazilərə verilən 80 manatın azlığı məsələsi də dartışılıb.

“Bizim qəhrəman oğlanlarımıza, qazilərimizə bu nə müavinətdir verilir? Hamı bundan narazılıq edir, qazilər üstümüzə gəlir”,- deyə o, bildirib.

Məsələnin bir maraqlı tərəfi də adıçəkilən deputatları sözügedən məsələlərə görə AzTV-nin tənqid etməsi olub ki, bir dövlət televiziyasının deputatları tənqidi fikirlərinə görə tənqid etməsi birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı hələlik deputatlar öz fikrini bildirməyib.

Buna baxmayaraq, AzTV başda olmaqla, Real Tv və bir sıra hökümətyönümlü QHT rəhbərləri həmin deputatları hədəfə alaraq, onları bu cür çıxışlara görə “populist” adlandırdılar.

Gununsesi.info sözügedən çıxışı təqdim edir:

https://www.gununsesi.info/wp-content/uploads/2024/11/AQMzuvvEBX3H0q5FleRemymo42z9vpoNkwoLkdxEOy5Zl9f0a0LZPBQtgCWBGdENMh6qzktVsMp4wZm-XFv-c_qd.mp4

Qeyd edək ki, deputatlara narazılığını çıxışlardan sonra Milli Məclisinin sədri Sahibə Qafarova da bildirib:

“Burada çıxış edərkən, dövlətin, hökümətin gördüyü işlər haqqında geniş danışmaq lazımdır. Çünki bizə hamı qulaq asır, biz xaqı təmsil edirik. Burada isə bəziləri elə çıxış edirlər ki, guya onların seçiciləri bu ölkəyə qar

şıdır. Görülən işlər haqqında danışılmır. Nəyə görə heç biriniz bu haqda danışmırsınız?”,- deyə o, vurğulayıb.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Noyabr 2024 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri