Icma.az
close
up
RU
Yapı Kredi Bank Azərbaycan QSC də yeni təyinatlar

Yapı Kredi Bank Azərbaycan QSC də yeni təyinatlar

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Yapı Kredi Bank Azərbaycan” QSC-də Müşahidə Şurasının müstəqil üzvləri və İdarə Heyətinə yeni üzvlər təyin olunmuşdur.
Bankın Səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə Virma Sökmen və Özlem Mertoğlu Müşahidə Şurasına müstəqil üzv kimi seçilmişdir, beləliklə Müşahidə Şurasının üzvlərinin sayı
5-ə yüksəlmişdir. 
Qeyd edək ki, cari durumda bankın Müşahidə Şurasının sədri Gökhan Erün, üzvləri isə Serkan Ülgen və Akif Cahit Erdoğandır.
Müşahidə Şurasının müstəqil üzvləri:
1. Özlem Mertoğlu Türkiyənin Yaxın Şərq Texniki Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil alıb. Karyerasına “İnterbank” A.Ş-də başlayıb, müxtəlif banklarda rəhbər vəzifələrdə çalışıb.. Özlem Mertoğlu “Disbank Nederland”-da Baş Direktor və “Demir Halk Bank Nederland”-da Baş Direktor müavini vəzifələrini də icra etmişdir. 2010 – 2022-ci illər ərzində “Affiance Management” şirkətində Təsisçi və Müdir, Yapı Kredi Bank Hollandiyada Müşahidə Şurasının müstəqil üzvü və Yapı Kredi Maltada Müşahidə Şurasının müstəqil üzvü vəzifələrini tutmuşdur. 2016 – 2018-ci illərdə “TMF Netherlands”-da Onboarding və KYC Xidmətlər üzrə Qlobal Biznes Direktoru kimi çalışmışdır. 07.03.2025-ci il tarixindən etibarən “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Müşahidə Şurasının müstəqil üzvüdür.
2. Virma Sökmen ABŞ-ın “La Salle” Universitetində Biznesin İdarəedilməsi ixtisası üzrə təhsil alıb. Karyerasına “Gulf Bank” və “Çarşı Menkul Değerler”də başlayıb, daha sonra korporativ bankçılıq, xarici ticarət, sığorta və faktorinq sahələrində çalışıb. 2019-cu ildən “Yapı Kredi Bankası” A.Ş-də Müşahidə Şurasının müstəqil üzvü, Kredit Komitəsinin üzvü və Korporativ İdarəetmə Komitəsinin sədri kimi fəaliyyət göstərir. 07.03.2025-ci il tarixindən etibarən “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Müşahidə Şurasının müstəqil üzvüdür.
Əlavə olaraq, bankın İdarə Heyətində yeni təyinatlar həyata keçirilib. Hazırkı vəziyyətdə Bankın İdarə Heyətinin üzvləri Sinan Ağırbaş və Şəhla Səmədovadır.
1. Ziya Serkan Günal – Baş Maliyyə İnzibatçısı, İdarə Heyətinin üzvü
Orta Doğu Teknik Universitetində təhsil alıb. 1997-ci ildə Ziraat Bankında karyerasına başlayıb, Londonda və Türkiyədə müxtəlif rəhbər vəzifələrdə çalışıb. 09.10.2023-cü ildə “Yapı Kredi Bank Azərbaycan”da Baş Maliyyə İnzibatçısının müavini, 25.02.2025-ci ildə isə Baş Maliyyə İnzibatçısı və İdarə Heyətinin üzvü təyin edilib.
2. Ramil Məmmədov – Baş Komplayens İnzibatçısı, İdarə Heyətinin üzvü
Bakı Dövlət Universitetində və ABŞ-ın Cənubi Meyn Universitetində təhsil alıb. Karyerasına 2003-cü ildə Azərbaycan Mərkəzi Bankında başlayıb, daha sonra müxtəlif şirkətlərdə işləyib, 2013-cü ildən “Yapı Kredi Bank Azərbaycan”da müxtəlif rəhbər vəzifələrdə çalışıb. 25.02.2025-ci ildə Baş Komplayens İnzibatçısı və İdarə Heyətinin üzvü təyin edilib.
3. Sadiq Məmmədli – Baş Risk İnzibatçısı, İdarə Heyətinin üzvü
Kipr Yaxın Şərq Universitetində bakalavr və magistr, Kibernetika İnstitutunda fəlsəfə doktoru dərəcəsi alıb. 2002-2007-ci illərdə Koçbank Azərbaycanda, 2007-2024-cü illərdə isə “Yapı Kredi Bank Azərbaycan”da müxtəlif rəhbər vəzifələrdə çalışıb. 25.02.2025-ci ildə Baş Risk İnzibatçısı və İdarə Heyətinin üzvü təyin edilib.
4. Teymuraz Əmirov – Hüquq departamentinin müdiri, İdarə Heyətinin üzvü
Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1996-2000-ci illərdə Rusiyada DİN-in Baş İstintaq İdarəsində müstəntiq işləyib. 2009-cu ildən “Yapı Kredi Bank Azərbaycan”da Hüquq Departamentinin müdiridir. 25.02.2025-ci ildə İdarə Heyətinin üzvü təyin edilib.
Müşahidə Şurasının yenilənməsi və yeni təyinatların həyata keçirilməsi ilə biz Bankın dayanıqlı inkişafını təmin etməyi, bazardakı mövqeyimizi daha da möhkəmləndirməyi və müasir bankçılıq trendlərinə uyğun innovativ həllər təqdim etməyi hədəfləyirik. Yeni rəhbərlik heyəti ilə birlikdə daha güclü və dinamik bir yanaşma tətbiq edərək müştərilərimizə və tərəfdaşlarımıza daha keyfiyyətli xidmət göstərməyi hədəfləyirik.
Əsas səhmdarları Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Aprel 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri