Icma.az
close
up
RU
Yapı Kredi Bank Azərbaycan müştərilərinin əmlaklarını niyə satıb? Faktlar

Yapı Kredi Bank Azərbaycan müştərilərinin əmlaklarını niyə satıb? Faktlar

Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Yapı Kredi Bank Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətindən məhkəməyə şkayət olunub.

Teleqraf.com şikayətin detallarını araşdırıb.

Əldə olunan məlumata görə, paytaxt sakinləri – Adil Xəlil oğlu Nəsirov, Mehriban Əli qızı Nəsirova və Əfqan Atdıxan oğlu Qasımov "Yapı Kredi Bank Azərbaycan"dan şikayətçi olublar.
Şikayətçilər bir müddət əvvəl daşınmaz əmlaklarını sözügedən banka girov qoymaq yolu ilə kredit götürüblər. Amma sonradan kreditin ödənilməsi gecikdiyi üçün bank müştərilərin xəbəri olmadan həmin əmlakları hərraca çıxarıb və girovda olan əmlaklar hərrac yolu ilə satılıb. Əldə olunmuş vəsait bankın hesabına köçürülüb.

Sonradan iddiaçılar banka olan borclarının böyük hissəni ödəyiblər və əmlaklarını geri tələb ediblər. Bank isə əmlaklar satıldığı üçün onların qaytarılmasını qeyri-mümkün hesab edib.
Şikayətçilər iddia ediblər ki, bank onların xəbəri olmadan qanunsuz olaraq əmlakları satıb. Uzun müddət bankla iddiaçılar arasında mübahisə gedib. Lakin ortalıqda əmlak olmadığı üçün tədbir görmək mümkün olmayıb.
Şikayətçilər mənzillərin geri qaytarılması üçün Nəsimi Rayon Məhkəməsinə müraciət ediblər. Məhkəmədə məlum olub ki, əmlaklar üçüncü şəxsə satıldığı üçün tədbir görülməsi mümkünsüzdür. Beləliklə, iddiaçıların şikayəti baxılmamış saxlanılıb...

Maraqlıdır, bəs görəsən, belə hallarla qarşılaşanlar nə edə bilər?

Mövzu ilə bağlı Teleqraf.com-un suallarını cavablandıran iqtisadçı Rəşad Həsənov bildirib ki, qanuna görə belə hallarda bank vətəndaşa bildiriş göndərməlidir:

"Vətəndaşın xəbəri olmadan satışın həyata keçirilməsi yeni qanunvericiliklə mümkün olan hal deyil. Əgər bu baş veribsə, bu, artıq ciddi qanun pozuntusudur. Müvafiq olaraq qanun pozuntusu halında vətəndaş məhkəməyə müraciət edib öz hüquqlarını tələb etməlidir. Bu kimi hallarda, qanun pozuntusunu həyata keçirən tərəf bankdır. Bank dəymiş zərərin ödənilməsi ilə bağlı cəzalandırılmalıdır. Düşünürəm ki, proses bu istiqamətdə getməlidir. Bunun iqtisadi, hüquqi əsasları da bu yöndədir”.

Hüquqşünas Sahib Məmmədov da deyib ki, vətəndaşın xəbəri olmadan girov qoyulan əmlak satışa çıxarıla bilməz:
“Böyük ehtimalla vətəndaşa dəfələrlə xəbərdarlıq edildikdən sonra əmlak satışa çıxarılıb. Əgər vətəndaş iddia edirsə ki, onun bu prosesdən xəbəri olmayıb, bu zaman o, məhkəməyə müraciət etməlidir. Lakin bunda da qazanma şansı azdır. Çünki banklar formal olaraq öz işlərini görür, xəbərdarlıqlarını edirlər. Şəxs hesab edirsə ki, müvafiq prosedurlar pozulub, xəbərdarlıq olunmadan onun girov qoyduğu əmlak satışa çıxarılıb, satılıb və satılandan sonra qalan pul ona qaytarılmayıb, bu halda məhkəmə çəkişməsi başlaya bilər. Ziyan çəkmiş vətəndaşın vəkillə məsləhətləşdikdən sonra məhkəməyə müraciət etməsi daha doğru olar”.

Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan" Mərkəzi Bankının (AMB) müştərilərin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksində adı çəkilən üç bankdan biridir.

Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" QSC 11 yanvar 2000-ci il tarixində Koçbank Azərbaycan LTD adı ilə Azərbaycan Respublikası Milli Bankından 243 saylı bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almışdır. 2005-ci ilin sentyabr ayında Türkiyədəki "Yapı Kredi Bankası" A.Ş.-də, həmçinin Koç Maliyyə Xidmətləri ailəsinə daxil olmuşdur. Koçbank Azərbaycan LTD 2007-ci ilin əvvəlindən etibarən fəaliyyətini “Yapı Kredi Bank Azərbaycan” QSC adı ilə davam etdirir. "Yapı Kredi Bank" Azərbaycan QSC Yapı və Kredi Bankası A.Ş (Türkiyə) banklarının törəmə bankıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 27 Noyabr 2024 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see279

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see170

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see161

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see146

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see122

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri