Icma.az
close
up
RU
“Yapı Kredi Bank Azərbaycan” QSC 2024 cü ili 12.4 milyon manat mənfəətlə başa vurdu

“Yapı Kredi Bank Azərbaycan” QSC 2024 cü ili 12.4 milyon manat mənfəətlə başa vurdu

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yapı Kredi Bank Azərbaycan 2024-cü  il üzrə maliyyə nəticələrini açıqlayıb. Ötən ili uğurla bitirən bankın xalis mənfəəti artaraq 12.4 milyon manat təşkil edib.

Bu il, bank üçün xüsusi əhəmiyyət kəsb edir, çünki Yapı Kredi Bank Azərbaycan bu il 25 illik fəaliyyətini qeyd edir. Yapı Kredi Bank Azərbaycan, 25 illik fəaliyyət dövrü ərzində müştəri məmnuniyyətini ön planda tutaraq, iqtisadi inkişafa dəstək verməyə davam etmişdir. Bank, innovativ xidmətləri və güclü maliyyə göstəriciləri ilə Azərbaycan iqtisadiyyatına verdiyi töhfəni artıraraq gələcəkdə də davamlı inkişafını təmin etməyi hədəfləyir.

Ötən il ilə müqayisədə bankın faiz gəlirləri 31% artaraq 46 milyon manat, qeyri-faiz gəlirləri 11% artaraq 26 milyon manat təşkil edib. Ümumilikdə bankın xalis faiz gəliri 20% artaraq 40 milyon manat olmuşdur.

Bankın istehlak və biznes kreditlərinə olan müştəri marağı maliyyə göstəricilərində özünü göstərmişdir. Belə ki, keçən ilin sonu ilə müqayisədə bankın ümumi kredit portfeli 9% artmış və 318 milyon manat təşkil etmişdir; biznes kreditləri portfeli 188 milyon manat olduğu halda,, müştərilərin ehtiyaclarını nəzərə alaraq təklif edilən istehlak kreditləri portfeli 20% artaraq 82  milyon manat olmuşdur. Daşınmaz əmlak kreditləri 37% artaraq 48 milyon manat təşkil edib.

Depozit portfeli 46% artaraq 535 milyon manat, hüquqi şəxslərin depozitləri 55% artaraq 428 milyon manat, fiziki şəxslərin depozitləri 19% artaraq 107 milyon manat təşkil etmişdir.  

2024-cü ilin göstəricilərinə əsasən Yapı Kredi Bank Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir.  Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 17%, məcmu kapitalının adekvatlıq əmsalı isə 21% olmuşdur.

Bankın tutulmalardan sonra məcmu kapitalı 88 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, minimum məcmu kapital norması 50 milyon manatdır.

Əsas səhmdarları Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Yanvar 2025 02:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri