Icma.az
close
up
RU
Yapı Kredi texnologiyada bəxşedici qazanc gətirdi FOTOLAR

Yapı Kredi texnologiyada bəxşedici qazanc gətirdi FOTOLAR

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yapı Kredi, inklüzivlik və fürsət bərabərliyi istiqamətində sosial investisiyalarını beynəlxalq miqyasda genişləndirməyə davam edir. Bank, Birləşmiş Millətlər Təşkilatının Təhsil və Tədqiqat İnstitutuna (UNITAR) bağlı İdarəçilər və Liderlər üçün Beynəlxalq Təlim, Tətbiq və Tədqiqat Mərkəzi (CIFAL Istanbul) və Bahçeşehir Universiteti (BAU) ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi və 80 min qadına çatan “Texnologiyada Fürsət Bərabərliyi” Proqramını Türkiyədən sonra ilk dəfə Azərbaycana gətirdi.
Yapı Kredi Bank Azərbaycan tərəfindən icra olunan proqram çərçivəsində qadınlar; böyük məlumat, süni intellekt, bulud texnologiyaları, kibertəhlükəsizlik və əşyaların interneti kimi gələcəyin bacarıq sahələrini əhatə edən geniş bir təhsil prosesini tamamladı. Təhsillərini uğurla başa vuran iştirakçılar Bakıda keçirilən sertifikat mərasimində sənədlərini aldılar.Sertifikat mərasimində Bahçeşehir Universitetinin rektor müşaviri, UNITAR CIFAL İstanbul direktoru, professor doktor Çisil Sohodol və Bahçeşehir Universitetinin professoru Yücel Batu Salman da çıxış edərək proqramın əhəmiyyəti və beynəlxalq təcrübələr barədə fikirlərini bölüşdülər.
“Davamlı inkişaf üçün texnologiyanın transformativ gücünü əlçatan edirik”
Yapı Kredi Bank Azərbaycan Baş Direktoru Mete Şamil Öztürk sertifikat mərasimində etdiyi çıxışda proqramın Azərbaycana gətirilməsi ilə bağlı bunları bildirdi: “Yapı Kredi Bank Azərbaycan olaraq, yalnız maliyyə xidmətləri təqdim edən bir qurum olmaqdan kənara çıxmağı; cəmiyyətə dəyər qatan, transformasiyanı mənimsəyən və gələcəyi formalaşdıran bir struktur olmağı məsuliyyətimizin bir hissəsi kimi görürük. Bu yanaşma ilə Azərbaycanda genişləndirilən ‘Texnologiyada Fürsət Bərabərliyi’ proqramı bizim üçün inklüzivlik vizyonumuzun konkret bir təzahürü oldu. Çünki bilirik ki, davamlı inkişaf yalnız imkanların bərabər bölüşdürüldüyü və potensialın cinsiyyətlə məhdudlaşmadığı bir dünyada mümkündür.
Texnologiya bu gün güclü bir bərabərləşdirici rol oynayır. Lakin bu gücün həqiqətən transformativ olması üçün hər kəs tərəfindən əlçatan olması vacibdir. Cinsiyyət, iqtisadi şərtlər və ya coğrafi məhdudiyyətlər nə olursa olsun, hər kəsin texnologiyaya çıxışının olması, onu anlaması və bərabər şəkildə istifadə edə bilməsi daha inklüziv bir cəmiyyətin əsasını təşkil edir. ‘Texnologiyada Fürsət Bərabərliyi’ layihəmizlə iştirakçılarımıza yalnız bu günün deyil, gələcəyin dünyasına da hazırlaşa biləcəkləri geniş bir bacarıq dəsti təqdim edirik.
Türkiyədə başlayan və çox uğurlu nəticələr əldə edilən bu layihənin Azərbaycana gətirilməsi isə bizim üçün ayrıca bir qürur mənbəyidir. Yapı Kredi Bank Azərbaycan olaraq bu qlobal vizyonun bir hissəsi olmaqdan böyük məmnunluq duyuruq.”
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Aprel 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see346

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see304

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see297

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see287

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see271

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see265

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see265

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see246

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see242

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see242

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see235

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see233

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see229

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see223

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see223

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see217

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see215

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see209

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri