Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

“Yapon sumosunda “dedovşina” hökm sürür” Çingiz Səmədovun ə MÜSAHİBƏSİ

“Yapon sumosunda “dedovşina” hökm sürür” Çingiz Səmədovun ə MÜSAHİBƏSİ

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Bu yaxınlarda Budapeştdə keçirilən beynəlxalq turnirin qalibi olan Çingiz Səmədov yüksək səviyyəli yarışlarda mütəmadi çıxış edən azsaylı azərbaycanlı sumoçulardan biridir.

İdman.Biz Çingiz Səmədovla həmsöhbət olub, ona suallar ünvanlayıb.

- Macarıstanda keçirilən beynəlxalq turnirdə qələbə münasibətilə sizi təbrik edirik. Bu qələbə xüsusilə dəyərlidir, çünki finalda turnirin ev sahibi ilə qarşılaşmışdınız. Klassik güləşçi bədən quruluşunuz var. Bəs niyə sonda məhz sumonu seçdiniz?

- Təbrikə görə təşəkkür edirəm. Beynəlxalq turnirlərdə yerli idmançıları məğlub etmək hər zaman daha çətin olur, amma bu mənim ilk qələbəm deyil və ümid edirəm ki, sonuncu da olmayacaq (gülür). Seçimə gəlincə, mən idmana məhz güləşlə başlamışam. 11 yaşımdan “Neftçi”də Yunan-roma güləşi ilə məşğul olmuşam. Polşaya köçdükdən sonra 2019–2021-ci illərdə ölkə çempionatlarında çıxış etdim, Yunan-roma güləşi üzrə Polşa çempionu, sərbəst güləş üzrə isə mükafatçı oldum. Həmin vaxt Polşa vətəndaşlığım olmadığı üçün ölkəni beynəlxalq yarışlarda təmsil edə bilmirdim. Amma milli çempionatlarda belə məhdudiyyət yox idi, orada əcnəbilərin iştirakı da mümkündür. Bu qanun yalnız cari ilin yanvar ayından ləğv edilib.

- Amma siz vətəndaşlığı xeyli əvvəl almışdınız. Niyə güləş karyeranızı davam etdirmədiniz? Axı Polşadakı nəticələriniz kifayət qədər uğurlu idi.

- Bəli, nəticələr həqiqətən yaxşı idi və hətta düşündüm ki, kaş sərbəst güləşlə daha tez məşğul olardım. Amma Polşada yalnız güləşlə stabil gəlir əldə etmək çox çətindir. Burada böyük turnirlərdə qələbələrə görə, məsələn, Azərbaycandakı kimi yüksək mükafatlar yoxdur. Ona görə də idmanı işlə paralel aparmalı olurdum. Halbuki məşqlər çox vaxt və enerji tələb edir, çünki tam fədakarlıq olmadan yüksək səviyyəyə çatmaq mümkün deyil.

Hərçənd Polşada rəqabət Azərbaycandan zəifdir - çünki Azərbaycanda güləş faktiki olaraq milli idman növüdür - amma orada da sistemli hazırlıq olmadan nəticə əldə etmək mümkün deyil. İdmandan tamamilə uzaqlaşa bilməzdim, buna görə də sumoya keçdim. Bu idman növünə məni onunla bağlılığı olan dostum Orxan cəlb etdi. Eyni zamanda, mən sumoda həmişə və indi də yalnız Azərbaycan bayrağı altında çıxış etmişəm.

- Yəni sumoya gedən yolunuz hələ Azərbaycanda başlayıb?

- Bəli, məhz belədir. Mən sumoya 2017-ci ildə, 21 yaşım olanda gəlmişəm. O vaxt artıq anlayırdım ki, klassik güləşdə istədiyim zirvələrə çatmaq çətin olacaq. Demək olar ki, dərhal Azərbaycan çempionu oldum, sonra gənclər arasında Avropa çempionatında bürünc medal qazandım. Bir il sonra yenidən ölkə çempionu olaraq böyüklər arasında Avropa çempionatında üçüncü yeri tutdum.

- Kənardan baxanda elə təsir bağışlayır ki, sumoda uğur sizə kifayət qədər asan başa gəlib.

- Bu, aldadıcı təəssüratdır. Ola bilsin ki, Azərbaycanda sumoda rəqabət güləşə nisbətən zəifdir, amma beynəlxalq arenada nəticə əldə etmək heç də asan deyil. Peşəkar yapon sumosunda ümumiyyətlə çəki dərəcələri yoxdur, bu səbəbdən ağır idmançıların aşkar üstünlüyü var.

İdman və ya həvəskar sumoda vəziyyət fərqlidir. Dünya çempionatlarında beş çəki dərəcəsi var, Avropa çempionatlarında isə səkkiz. Bundan əlavə, hər turnirdə mütləq çəki dərəcəsi mövcuddur ki, burada müxtəlif çəkili idmançılar dohyo(əsasən sumo güləşində yarışlarının keçirildiyi xüsusi dairəvi arena – red) üzərində qarşılaşırlar.

Qaydalar sadə görünür, amma icrası son dərəcə çətindir. Ya rəqibi dohyonun hüdudlarından kənara çıxarmalısan, ya da onu ayaqaltıdan başqa bədəninin istənilən hissəsi ilə səthə toxunmağa məcbur etməlisən. Məhz bu qaydaların lakonikliyi sumonu seçməyimdə mühüm rol oynadı.

- Yarış formatından başqa, peşəkar sumo ilə həvəskar sumo arasında hansı fərqlər var?

- Ən başlıcası atmosferdir. Yapon sumosunda sərt iyerarxiya hökm sürür ki, bunu əsl “dedovşina” adlandırmaq olar. Böyüklər kiçiklərə ciddi təzyiq göstərirlər, münasibət bəzən olduqca sərt olur. Yaponiyada yaşlılara hörmət kultunun çox güclü olduğunu nəzərə alsaq, belə mühitə tab gətirmək hər kəsin işi deyil.

- Siz Gürcüstanın Dmanisi rayonundansınız və orada əsas döyüş növü cüdo hesab olunur. Ailəniz əvvəl güləşi, sonra isə sumonu seçməyinizi necə qarşıladı?

- Valideynlərim, əlbəttə ki, əvvəlcə buna qarşı idilər. Güləşlə məşğul olmağımı birtəhər qəbul edirdilər, amma sumoya keçid xüsusilə anam üçün çox çətin oldu. Mənim təxminən 90 kiloqram çəki ilə mütləq çəki dərəcəsində təxminən 200 kiloqram olan idmançıya qarşı çıxmağımı görmək onun üçün şok idi. Amma mən onu məğlub edəndən sonra anam nəhayət seçimimi qəbul etdi və artıq etiraz etmədi (gülür).

- Sizcə, digər valideynlərin də övladlarının sumonu seçməsinə dəstək verməsi üçün nə etmək lazımdır?

- Azərbaycanda bu idman növünün düzgün təbliği və keyfiyyətli piarı lazımdır. Sumo artıq uzun müddətdir Olimpiya Oyunlarının proqramına salınması müzakirə olunan idman növlərindən biridir. O vaxta qədər legionerlər hesabına sürətli nəticə axtarmaqdansa, öz hazırlıqlı idmançılarımızla yetişmək çox yaxşı olardı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 31 Yanvar 2026 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see531

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see256

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see251

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see251

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see234

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see233

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see228

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see228

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see226

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see213

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see211

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see208

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see203

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see183

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see177

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see177

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see176

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see157

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri