Yaponiya 80 il sonra silah ixracına qadağanı ləğv etdi
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Yaponiya İkinci Dünya müharibəsindən bəri ilk dəfə ölümcül silahların ixracına qoyulan qadağanı ləğv edib.
Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
“Bu addım, sürətlə inkişaf edən qlobal silah bazarında yer tutmaq məqsədilə onun pasifist mövqeyindən əhəmiyyətli şəkildə uzaqlaşması deməkdir.
Bu tarixi siyasət dəyişikliyi Yaponiyanın İkinci Dünya müharibəsindən bəri ən ciddi təhlükəsizlik təhdidi hesab etdiyi şeyə cavabdır. Bu addım “Mitsubişi” və “Kavasaki” kimi ağır sənaye şirkətlərinə ABŞ, Böyük Britaniya və Cənub-Şərqi Asiya ölkələrinə raket, təyyarə və gəmilərin əsas təchizatçısı olmağa imkan verir.
Baş nazir Sanae Takaiçi hökuməti tərəfindən təsdiqlənən siyasət dəyişikliyi, alıcının ciddi yoxlama prosedurlarına cavab verməsi və aktiv münaqişədə iştirak etməməsi şərti ilə Yaponiya şirkətlərinə, demək olar ki, istənilən hərbi texnikanı ixrac etməyə imkan verir”, - məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 21 Aprel 2026 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















