Icma.az
close
up
RU
Yaponiya ABŞ dan əlavə silahlar almağı nəzərdən keçirə bilər

Yaponiya ABŞ dan əlavə silahlar almağı nəzərdən keçirə bilər

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaponiya, ABŞ-la ticarət balansındakı profisiti azaltmaq məqsədilə Birləşmiş Ştatlardan əlavə silah alışı məsələsini nəzərdən keçirməyə hazırdır. Bu məsələ ABŞ prezidenti Donald Trampın narazılığına səbəb olub.

Bizimyol.info xəbər verir ki, bu barədə danışıqlarda Tokionu təmsil edən Yaponiyanın iqtisadiyyatın bərpası üzrə naziri Ryosey Akadzava jurnalistlərə bildirib.

“Əgər soruşursunuzsa ki, belə bir imkanın nəzərdən keçirilməsi mümkündürmü – cavabım bəli olar”, – deyə o, "Kyodo" agetliyinə bildirib. Eyni zamanda, Akadzava vurğulayıb ki, Tokio və Vaşinqton arasında tariflər və ticarət siyasəti ilə bağlı dialoq təhlükəsizlik məsələləri üzrə danışıqları ayrı aparılır və “tamamilə fərqli məntiqə əsaslanır”, buna görə də “bu iki məsələni qarışdırmaq düzgün deyil”.

Yaponiya və ABŞ artıq tariflər və ticarət siyasəti mövzusunda üç raund danışıqlar aparıblar. May ayının əvvəlində Akadzava bildirmişdi ki, tərəflər hələ razılaşmadan uzaqdırlar. Lakin üçüncü raunddan sonra o, Tokionun 15–17 iyun tarixlərində Kanadanın Alberta əyalətindəki Kananaskis kurort bölgəsində keçiriləcək “Böyük Yeddilik” (G7) sammitinədək Vaşinqtonla razılığa gələcəyinə ümid etdiyini deyib.

Kyodo agentliyinin mənbələrinə görə, Yaponiya baş naziri Şigeru İşiba ilə ABŞ prezidenti Donald Tramp arasında sammit çərçivəsində ikitərəfli görüş təşkil etmək istəyir. Bu görüşdən öncə beşinci raund ticarət danışıqları baş tuta bilər.

Tramp 2 aprel tarixində 185 ölkə və əraziyə qarşı gömrük rüsumlarının artırıldığını elan edib. Ümumi tariflər 10% səviyyəsində olub və 5 aprel tarixində qüvvəyə minib. Ayrı-ayrı ölkələr üçün fərdi tariflər isə 9 apreldən tətbiq olunmağa başlayıb. Yaponiya üçün əlavə tarif faizi 24% olaraq müəyyənləşdirilib. Eyni zamanda, ABŞ bu tariflərin tətbiqinə 90 günlük təxirə salma verib ki, danışıqlar aparılsın. Bundan başqa, Vaşinqton artıq avtomobil və onların ehtiyat hissələrinin idxalına qarşı 25% həcmində gömrük rüsumları tətbiq etməyə başlayıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:316
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 May 2025 08:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri