Yaponiya Baş naziri və Trampın naharı ləğv edildi
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Yaponiyanın Baş naziri ABŞ-də işgüzar naharı ləğv etdi.
Redaktor.az xəbər verir ki, bu barədə "Jiji" xəbər agentliyi hökumət mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ-də səfərdə olan Yaponiyanın Baş naziri Sanae Takaiçi Ağ Ev Prezidenti Donald Trampla planlaşdırılmış işgüzar naharı ləğv edib.
Agentlik bildirir ki, naharın ləğv edilməsinə baxmayaraq, ikitərəfli görüşün vaxtı uzadılacaq. Naharın ləğv edilməsinin səbəbləri hələ açıqlanmayıb.
Qeyd edək ki, Sanae Takaiçi hazırkı vəzifəsində ilk səfəri ilə ABŞ-yə gəlib. Sammitin Yaponiya vaxtı ilə 20 mart gecəsi baş tutması planlaşdırılır və Takaiçi sammitdən dərhal sonra Yaponiyaya qayıdacaq.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:Yaponiya Trampın tariflərinə qarşı çıxıb
14 Aprel 2025 16:45
Yaponiya Trampın tələbinə əməl etməyəcək
29 Oktyabr 2025 20:16
Yaponiya Baş naziri Trampın Çinə səfərindən əvvəl ABŞ a getmək niyyətindədir
20 Dekabr 2025 05:49
Yaponiya Baş naziri qəzaya düşdü
01 Dekabr 2024 15:17
Yaponiya baş naziri qəzaya düşdü
01 Dekabr 2024 16:04
Baxış sayı:141
Bu xəbər 19 Mart 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















