Icma.az
close
up
RU
Yaponiya böyük transformasiyalar ölkəsi Tel­man Oru­cov yazır

Yaponiya böyük transformasiyalar ölkəsi Tel­man Oru­cov yazır

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Telman ORUCOV

(Əvvəli ötən şənbə saylarımızda)

Ölkədəki ilkin bitkilərin çoxunu "yerli" kənd təsərrüfatında becərilən növlər və ya adalara gətirilən xarici mənşəli bitkilər tutmuşdur. Dəfnə meşəsi zolağı həmişəyaşıl olmaqla, cənub adalarından şimala doğru genişlənir. İri yarpaqlı ağac meşələri dəfnə meşələri zonasının yüksəkliyinə və şimal tərəfdəki bölmələrə qədər gedib çatmışdır. Dağlarda isə şam ağacları və kriptomeriya bitir. Yabanı albalının çiçəklənməsi bayrama çevrilir və bu növ bitki ölkənin bütün ərazilərində becərilir. Sakuranın çiçəklənməsi bəzi regionlarda yazın ilk günü kimi qəbul olunur.

Faunaya gəldikdə, Yaponiyanın məməli heyvanları qonşu Asiya qitəsində olanlardan bir qədər fərqlidir. Əvvəllər çox sayda olan vəhşi heyvanların sayı son əsr ərzində azalmışdır. Yapon adalarını əhatə edən sularda balinalar, delfinlər, qızıl balıq növləri məskunlaşmışdır. Tunets balığı, qızıl balıq, forel, siyənək, xərçəng, krevetka və ilbiz yaponlar üçün əsas qida maddəsi rolunu oynayır. Forelə isə çaylarda və göllərdə daha çox rast gəlinir.

Yaponiyada region konsepsiyası inzibati birliklərin tarixi inkişafından ayrı qaydada mövcud deyildir. Coğrafi birliklər həm də regionun fiziki cəhətlərinə əsaslanır.

Ölkənin tarixinə gəldikdə, VII əsrdə Tayka islahatı Yaponiya regionlarının konsolidasiyasını yaratmışdı. VIII-XII əsrlərdəki Nara və Heyan dövrləri ərzində Honsyu regionu üç böyük dağ sərhədindən şərqə dönməklə, vahid ərazidə müəyyən edilmişdi.

1868-ci il Meydzi bərpasından sonra Hokkaydo adası 19 bölməyə parçalanmışdı. 1871-ci ildə feodalizm sistemi ləğv edilmiş, prefektura sistemi qurulmuşdu, XX əsrdə isə daha böyük regional bölünmələrin aparılmasına ehtiyac yaranmışdı.

Ayni istisna olmaqla, Hokkaydoda olan yerli xalq dirçəlmişdi, buradakı adamların 1 milyona qədəri Koreya və Çin mənşəli idi. Fiziki cəhətdən yaponlar monqol irqi kimi klassifikasiya edilir və Şərqi Asiya xalqlarına qohumluqları ilə seçilir. Ölkədə milli dil yapon dilidir və o Ural-Altay linqvistik qrupuna daxildir. Bu dil daha çox koreyalıların dilinə qohumdur. IV əsrdə Çin yazısının və ədəbiyyatının tətbiqi yapon dili leksikonunu xeyli zənginləşdirmişdir. İngilislər öz dillərinə 1,5 min fransız sözü əlavə etdiyi kimi, yaponlar da çinlilərin han dilindən faydalanmışlar. Yapon dili, praktiki olaraq yalnız ölkənin ərazisi ilə məhdudlaşır, bu dildə Tayvanda və Koreyada ikinci ünsiyyət vasitəsi kimi danışılır.

Ölkənin 144 min kvadratmil olan ərazisində 120 milyon adam yaşayır, sıx əhaliyə malik olan ölkədə bir kvadratmil əraziyə 700 adam düşür. Əhali sıxlığına görə, Yaponiya yalnız Şimali Koreya, Niderland və Belçika kimi bir neçə ölkədən geri qalır. Ölkənin  sənaye şəhərlərində və mədən regionlarında əhali daha sürətlə artırdı. 1940-cı ildə əhalinin sayı 72 milyon nəfər olmaqla, 1868-ci ildə olduğundan iki dəfədən də çox idi. 1945-ci ildən sonra 9 milyona qədər adam repatriant kimi vətəninə dönmüşdü.

"Yapon möcüzəsi" illərində Yaponiya qeyri-adi iqtisadi artım sürəti ilə seçilmişdi. 1960-cı illərdə illik artım 12 faizi təşkil edirdi, bu isə dünyanın digər sənaye ölkələrinə nisbətən yüksək göstərici hesab olunurdu. 1971-ci ilədək olan doqquz il ərzində sənaye məhsulu 300 faiz artmışdı. Manufaktura mallarının istehsalına görə Yaponiya ən böyük iqtisadiyyata malik idi, yalnız ABŞ-dan və SSRİ-dən geri qalırdı. 1970-ci ildə, əvvəlki 10 ilə nisbətən manufaktura mallarının ixracı 4,5 dəfə artmışdı.

Təbii sərvətlərinə görə, Yaponiya dünyanın kasıb ölkələrindən biri hesab olunur, bu sahədə İtaliyaya və Türkiyəyə bənzəyir. Burada istehsal edilən mineralların keyfiyyəti də aşağı idi. Dağlıq əraziyə malik olduğundan, ölkədə kənd təsərrüfatına yararlı torpaqlar da məhduddur. Həm də torpaqlar əsasən qeyri-münbitdir, özünə xüsusi qulluq tələb edir. Kənd təsərrüfatı məhsullarına meşəçilik və balıqçılıq məhsulları da daxildir. İşləyən əhalinin yalnız 17 faizi kənd təsərrüfatı əməyi ilə məşğul olurdu, indi isə bu rəqəm daha da azalmışdır.

Sənayenin və şəhərlərin inkişafı dəmir yolu nəqliyyatının da əhəmiyyətini artırırdı. Sərnişin daşınmasında bu nəqliyyat növü daha böyük əhəmiyyət kəsb etmişdi. Dəmir yollarının demək olar ki, hamısı elektrikləşdirilmişdir. Yaponiya qatarların hərəkətinin saatda 400 km-dən artıq sürətlə gedən elektrovozlara keçildiyi ilk ölkədir.

Yaponiya dənizçiliklə ciddi məşğul olan mühüm millətlərdən biridir. 1600 liman Çinlə və Cənubi Şərqi Asiya ilə ticarət aparılmasında daha da inkişaf etmişdir. Feodal rejim xarici  ticarəti məhdudlaşdırdığı, izolyasiya siyasəti 250 il ərzində həyata keçirildiyi bir vaxtda, Naqasaki limanı istisna olmaqla, yalnız az sayda limanlar Çin və Niderland tacirləri üçün açıq idi. 1858-ci ildə isə, Yaponiya xarici ticarət üçün qapılarını geniş açdı. Yüz il sonra, 1971-ci ildə Yaponiya dünyada ikinci böyük ticarət donanmasına malik idi. Yapon tacirləri, 10 minə qədər iri gəmilərdə üzürdü.

Yaponiyanın tarixi barədə düşüncələr

Yapon arxipelaqının nə vaxt insanlar tərəfindən məskunlaşdığı məlum deyildir. Qazıntılar vasitəsilə tapılan alətlərdən vaxtilə istifadə edən yaponlar buraya Asiya qitəsindən köçmüşdülər. Onların  Koreya yarımadasından buraya gəldiyi güman edilir.

Yaponiya ilk dəfə Çin xronikalarında meydana çıxmışdı, bu vaxt ölkə "Uo" adlanırdı. Çinin Han tarixçilərinə görə, bu adalarda 100-ə qədər dövlət var idi və Uo xalqı artıq yüksək dərəcəli sivilizasiyaya çatmışdı. Yaponiyanın birləşməsi və onun mərkəzində Yamato sarayının əmələ gəlməsi mühüm hadisə idi. Saraya Tenno (Göyün imperatoru) başçılıq edirdi. Yamato hökmdarı 607-ci ildə Çinə səfirlik göndərdikdə Çin imperatoruna yazmışdı: "Günəşin çıxdığı ölkənin Göy Oğlu, Günəşin batdığı ölkənin Göy Oğluna müraciət edir". O, özünü Tan sülaləsinin imperatoru ilə bərabər sayırdı.

Sonrakı dövrlərdə Yamatonun süqutu və onun yerində birləşmiş millətin doğulması baş verdi. VIII əsrdə yazılan Nuhon şoki ("Yaponiya xronikaları") Yaponiyanın qədim tarixi hesab olunur.

Yamato sarayı V əsrin başlanğıcında öz zirvəsinə çatmışdı. Lakin sonra o, sürətlə tənəzzülə uğradı. Yaponiyanın xarici işlərindəki çətinlikləri, daxili sahədəki problemlərlə paralel gedirdi. Yamato sarayına irsi imperator başçılıq edirdi. Bura Koreyanın Pençe dövlətindən V əsrdə Buddizm daxil oldu və ölkədə bu dinin məbədləri yarandı.

Yapon imperatoruna o vaxtlar bütün ölkəni idarə edən mütləq monarx kimi hörmət bəslənirdi. Azad adamlardan və qullardan ibarət olan xalq iki başlıca sinfə bölünmüşdü. Qullar hökumətə və kübarlara məxsus idi, nəhayətsiz ölçüdə işləməyə borclu idi və ölkə əhalisinin 10 faizini təşkil edirdi. Azad adamların əksəriyyəti fermerlər idi. Hətta 5-6 yaşlı oğlan uşağı öz həyatını təmin etmək üçün, tarlanı becərməyə məcbur edilirdi.

Bütün torpaqlar, güman edildiyi kimi, dövlətin mülkiyyəti idi. Torpaqların çoxu adamlar arasında bərabər qaydada bölünmüşdü. İllik məhsulun bir hissəsi

Sintoizm dini kilsələrinə və Buddizm məbədlərinə verilirdi. Yaponiyada qədimdən xüsusi qiymətləndirilən əcdadların kultu təkamül edərək, bu gün də mövcud olan Sintoizm dininə keçmişdi.

VIII əsrin başlanğıcında imperial paytaxt Ficuvaradan Naraya köçürüldü.

Yapon mədəniyyəti Çinin Tan sülaləsindən götürülməklə, Nara dövrü beynəlmiləl inkişafa çevrildi. Əsrin sonunda isə imperator Kammu paytaxtı Heyana (indiki Kiotoya) keçirdi və hökumətlə buddizm arasındakı bağları kəsdi. Bu dinin dövlət işlərinə müdaxilə etməsi qadağan edildi. Cəmiyyət 150 il ərzində sülh şəraitində yaşadı. X-XI əsrlərdə Fucivara ailəsi milli hökumətə başçılıq etdi. Bu vaxt kübarlar və məbədlər malikanələrdən gələn gəlirlər hesabına dəbdəbəli həyat sürürdülər.

X əsr, yapon mədəniyyətindəki inkişafın şahidi oldu, doğma yazının meydana gəlməsi bu sahədə mühüm amilə çevrildi. Buna qədər, Yaponiya özünə məxsus olan heç bir yazıya malik deyildi, şeir yaradıcılığında Çin heroqliflərindən istifadə olunurdu. Lakin yapon dili, Çin dilindən fərqli idi. Təhsil görmüş adamlar öz doğma yazısından istifadə edirdi, bu məqsədlə bəzi Çin

heroqliflərini özlərininkinə uyğunlaşdırırdılar. Kana adlanan bu yazı, milli dildə yazılı mübadilə aparılmasına köməklik göstərdi və onun hesabına yapon dilində çox sayda şeir və nəsr əsərləri meydana gəldi.

Buddizmə bəslənilən nominal hörmət dinin dünyəviləşməsinə şərait yaratdı.

Bu eranın digər cəhəti döyüşçü sinfinin cəmiyyət həyatında yüksəlməsi idi. Hökumətin inkişafı ilə yanaşı daha qüdrətli samuraylar əyalətlərdə öz hakimiyyətlərini qurdular. Onlar tədricən paytaxtın yaxınlığında yığıldılar və bu məkanda onlar hərbi polis kimi hərəkət edirdilər. Saray əyanları onların timsalında dayaq nöqtəsinə sahib oldular. Samuraylar arasında ən görkəmli sayılanı imperator Seyuanın törəmələri olan Minamoto ailəsi idi. Fucivaranın favoritləri kimi Minamotolar əvvəldən paytaxtda görkəmli bir ailəyə çevrildilər, onların şöhrəti XI əsrin ortalarında daha da artdı. Onların bir nümayəndəsi 12 il davam edən döyüşlərdə mühüm rol oynadığına görə, millətin daha məşhur döyüşçüsü şöhrətinə yiyələnmişdi.

Paytaxt dəyişdirildikdən sonra həmin Minamotoların (1185-1333-cü illər) törəmələri əyalətlərdə tam öz qüvvələrini qurdular. Onların iki ailəsindən olan qardaşlar Kiotoya hücum etdilər. Yoritomo ilk dəfə hərbi hökumət və ya syoqunat yaratdı və bu, samuray sinfinin feodal sistemə arxalandığını göstərdi. Syoqunat və ya hökumətin qərargahının adından götürülən Bakufu Yaponiyada siyasi nəzarəti səmərəli qaydada həyata keçirməli idi və bu vəziyyət 1867-ci ildəki imperial hakimiyyətin bərpasına qədər davam etdi.

Minamotolara məxsus olan Yoritomo tərəfindən syoqunatın qurulması XII əsrin sonunda baş verməklə, döyüşçülər sinfi tərəfindən yeni və müstəqil hökumətin, mülki kübarlığın hakimiyyətinə qarşı olan bir başlanğıcın əlaməti idi.

Yoritomo Kamakurada ali qərargah (Bakufu) yaratdı. Bakufu təşkilatı tədricən yeni institutlar hesabına böyüdü. 1192-ci ildə Yoritomo paytaxt Kiotoya yollandı və syoqun təyin edildi. Onun özünə syoqun - baş komandan titulunu təltif etməsi ilə hərbi idarəetmə növü olan syoqunat epoxasının bünövrəsi qoyuldu. Bu, döyüşçü üçün ən yüksək şərəf nişanəsi idi. Əsrin sonunda Yoritomo öləndən sonra

Bakufuda real hakimiyyət, onun arvadının nəslindən olan Hoco ailəsinin əlinə keçdi. 1333-cü ilə qədər syoqun idarəçiliyinin ofisi Hoco ailəsinin uğurlu üzvlərinin əlində oldu. Bakufu ordusu Kiotonu işğal etdi və imperator II Toba həbs edilərək, Oni adasına göndərildi. İmperial saraya nəzarət etmək üçün Bakufu bu vaxt öz qərargahını Kiotoda qurdu. İmperatorun malikanələri müsadirə edildi və syoqunun vassallarına mükafat kimi paylandı. Bakufunun siyasi hakimiyyəti, bütün ölkə üzərinə yayıldı.

1185-ci ildən sonra gələn və 150 il davam edən Kamakura dövrü çox sayda vətəndaş müharibələrinin getməsi ilə əlamətdar oldu və döyüşçü sinfinin inkişafına səbəb oldu. Nəticədə, müharibələr ədəbiyyata da öz təsirini göstərdi, müharibə hekayətləri, tarixçələri və onlarla bağlı olan əhvalatlar meydana gəldi. Bu vaxtlar, tutqun tonu ilə seçilən əsərlərdə həyat və ölüm, sadə həyat tərzi və qətl vasitəsilə girova yiyələnmə mövzuları daha çox qələmə alınırdı.

Ondan əvvəlki Heyan (indiki Kioto şəhəri belə adlanırdı) dövrü (794-1185-ci illər) isə incəsənətdə və ədəbiyyatda qızıl era hesab olunur. Bu dövrdə ədəbiyyat kübarların mədəni elitası və rahiblər arasında mərkəzləşmişdi. İmperial sarayı da şairlərə xüsusi himayə göstərirdi. Avropada bu proses yalnız XV əsrdə baş verdi, Florensiya hersoqu Lorento Mediçi rəssamlara, arxitektorlara, yazıçılara sifariş verməklə həm özünü yüksəltmişdi, həm də bu dövrdə əsl sənət inciləri yaranmasına səbəb olmuşdu.

(Ardı var)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Dekabr 2025 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see186

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see185

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see175

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see145

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see143

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see143

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see141

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see135

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see132

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see131

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see130

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see126

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see126

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see125

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see125

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see120

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see120

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri