Icma.az
close
up
RU
Yaponiya böyük transformasiyalar ölkəsi Tel­man Oru­cov yazır

Yaponiya böyük transformasiyalar ölkəsi Tel­man Oru­cov yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Telman ORUCOV

(Əvvəli ötən şənbə saylarımızda)

Monqolların Yaponiyaya hücumunun baş tutmaması

Bu vaxt Mərkəzi Asiyada Çingiz xanın başçılığı altında Monqolustanın qalxması baş verdi. Yarım əsr ərzində onlar Koreya yarımadasının şərqində, qərbdə isə, uzaq Rusiya və Polşaya qədər olan geniş bir ərazidə imperiya qurdular. 1260-cı ildə Çingiz xanın nəvə varisi Xutilay (Kubilay) Çinin baş xanına çevrildi və indiki Pekində öz paytaxtını qurdu. 1271-ci ildə Xubilay yaratdığı Yuan sülalə titulunu qəbul etdi və monqollar Yaponiyaya müdaxilə etməyə hazırlaşdılar. 1274-cü ilin payızında 25 min nəfərlik monqol və Koreya ordusu indiki Cənubi Koreyadan Yaponiyaya yola düşdü. Onlar Kyusyu adasında sahilə çıxıb, bir mahalı zəbt etdilər. Kyusyu hərbi vassalları müdafiə üçün səfərbər edildi, lakin onlar Hakata körfəzində geri çəkilməli oldular. Bu vaxt qəflətən tayfun qalxdı və müdafiəçilərin 200-dən artıq gəmisini dağıtdı. Sağ qalanlar Cənubi Koreyaya geri dönməli oldular.

Bakufu, müdaxilənin təzələnməsinə qarşı tədbirlər həyata keçirdi, sahil müdafiə qüvvələri gücləndirildi. Bir neçə mil uzunluğunda daş divar hörüldü ki, güclü monqol süvarisinin qarşısı alınsın. Bu işləri görməyə beş ilə bərabər bir müddət sərf edildi. Monqollar da bu vaxt ikinci ekspedisiyanı göndərmək üçün plan qururdular. 1281-ci ildə iki ayrıca ordu təşkil olundu. Şərq ordusu 40 min nəfərdən ibarət olmaqla, ona monqol, Şimali Çin və Koreya qoşunları daxil idi. İkinci ordu ilə Cənubi Çin qoşunlarından ibarət olmaqla, canlı qüvvəsi 100 min nəfərə qədər idi. İki ordu birləşib, Hakata körfəzinə hücum etdi. Yenə də qəzəbli tayfun qalxdı və müdaxilə edən gəmilərin, demək olar ki, hamısını məhv etdi. Müdaxilə edən ordunun qalıqları isə yaponlar tərəfindən əsir götürüldü. 140 minlik ordunun yalnız beşdə bir hissəsi qaçıb, xilas ola bildi.

Monqolların məğlubiyyəti Yaponiya tarixi üçün həlledici əhəmiyyət daşıyırdı. Bu həm də ölkənin XIV əsrə qədər Çindən izolyasiya olunması dövrünün yaranmasına səbəb oldu. Qələbə milli qürur hissi yaratdı və Kamikadze və ya "İlahi külək" adlandırdıqları tayfun düşmən müdaxiləçilərini darmadağın etməklə, yaponlarda belə bir inam yaratdı ki, onlar məhz ilahi qüvvənin himayə etdiyi bir xalqdır.

Samurayların rolu

Samuraylar döyüş cəbhəsinə xidmət edir, dinc vaxtlarda isə daim ovçuluqla və məşq etməklə məşğul olurdular. Samuray ailələrində qadınların statusu müqayisəli şəkildə yüksək idi, malikanənin bir hissəsinə onlar vərəsə kimi sahib ola bilərdilər. Mülkiyyət məsələsi istisna olmaqla, samuray ailələrində qadına müsbət münasibət qədim Spartadakı qadınların sərbəstliyini yada salır.

Bu dövrdə kənd təsərrüfatı da inkişaf edirdi. Sənətkarlara da tələbat artırdı. Metal döyülməsi və metallurgiya, kağız manufakturası və digər istehsallar da irəli gedirdi.

Kamakura dövründə samuray sinfi qədim mülki kübarlıq üzərində ağalıq edirdi. Dənizin o tayı ilə ticarətin gətirdiyi Zen - Buddizmin və yeni Konfutsionizmin yayılması sürətləndi. Bu, arxitektura növlərinin yaranmasına da səbəb oldu, Çinin təsiri ilə çay dəstgahı mərasimi adəti də meydana gəldi. Bunlar, samuray mədəniyyətinin formalaşmasına səbəb oldu.

Sonrakı Kamakura dövrü samuraylar arasında ailə həmrəyliynin dağılması ilə əlamətdar oldu. Cəmiyyətdəki qarışıqlıq şəraitində Kamakura dövrü tənəzzül etməyə başladı. Bakufunun zəifləməsi ilə mülki kübarlar arasında hərbçilərdən siyasi hakimiyyəti almaq üstündə mübarizə başlandı.

1333-cü ildə imperator II Dayqo Kiotoya qayıtdı, bu hadisə Kenmu Bərpası kimi tanınır. O, tezliklə imperial idarəçiliyi bərpa etməyə girişdi. Lakin imperial qüvvələrin Bakufunu devirməsi baş tutmadı və imperator Kiotodan qovuldu.

XVI əsrin birinci yarısına qədər ağalıq edən lordlar güclü hərbi bazalar tikdilər. 1543-cü ildə İspaniya və Portuqaliya adamları arxipelaqda görünməyə başladı. Onlar Kyusyu adasının cənubuna gəlmişdilər. 1549-cu ildə İezuit missioneri Fransisk Xavyer Yaponiyaya gəldi və iki il ərzində missionerlik fəaliyyəti ilə məşğul oldu. Lordlar xristianlığı himayə edirdilər və özləri də xristianlığa keçirdilər.

1550-1560-cı illərə Senqoku ("Mülki müharibə") adlanan daymyo lordları meydana gəldi. Onlar 100 il davam edən müharibələrdən salamat çıxmışdılar. Bu qüdrətli daymyolar təkcə bir-birləri ilə münaqişəyə girişmirdilər, həm də öz torpaqlarında olan icma adamlarının sosial inkişafına çalışırdılar. Onlar Kiotoya nəzarətin zəruri olduğu qərarına gəldilər, axı bu şəhər qədim dövrlərdən siyasi mərkəz hesab olunurdu.

Oda rejiminin meydana gəlməsi ilə ölkəni birləşdirməyə doğru olan meylin daha da artdığı görünməyə başladı. Oda Kinay mahalında işğal etdiyi ərazidə mərkəzləşdi. Mürəkkəb torpaq sahibliyi və fermerlərə aid olan vergi sistemi üzərində nəzarət ələ keçirildi. Bu işdə qəddarlığı ilə seçilən Nobunaqa Oda mühüm rol oynadı. Birləşmə isə, sonrakı dövrdə, syoqun Toyotomi Hideyoşi rejimi ərzində baş verdi.

Hideyoşi Odayon əyalətindən olan fermerin oğlu idisə, Oda orada ağalıq edən ailənin oğlu idi. Oda xidmətinə daxil olan Hideyoşi, onun ən güclü nümayəndələrindən biri oldu. Nobunaqa Oda özünü intihar edəndən sonra, 1582-ci ildə rəqibləri qiyam qaldıranda, Hideyoşi onlara üstün gəlib, özünü varis etdi. O, hakimiyyətə yiyələndikdə, bütöv ölkəni çətin bir şəraitdə birləşdirməyə cəhd etdi və 1590-cı ildə bütün Yaponiya onun nəzarəti altına keçdi. Hideyoşi Konto torpaqlarını Tokuqava İeyaşuya verdi və axırıncı Edoya köçdü. Hideyoşi 1591-ci ildə regent səlahiyyətlərinə yiyələndi. Bu prosesdə mühüm rol oynayan Tayko, Hideyoşinin ölümündən əvvəl də bütün ölkəni idarə etdi.

Tayko tərəfindən torpaq mülkiyyətinin bərpa olunması ərzində fermerlər torpaq vergisini ödəmək tədbirləri ilə bağlandılar. Beləliklə, fermerlər kənd təhkimçilərinə çevrildilər. Adamlar ya torpağı becərməli, ya da hərbi xidməti icra etməli idilər. Fermerlərdən silahın (qılıncın) alınması "qılınc ovu" qaydasına çevrilməklə, bu siyasətin mühüm hissəsi oldu. Silahdan məhrum olmuş kəndlilər özlərini müdafiə etmək üçün əl döyüşlərini öyrəndilər və buradan karate və digər idman növləri öz başlanğıcını götürür. Hideyoşi rejimi süqut etdi, buna Koreyaya uğursuz ekspansiya nəticəsindəki məğlubiyyət və Hideyoşinin özünün ölümü də səbəb olmuşdu. Tokuqava İeyasu bu vaxt yeni rejimi formalaşdırmaq üçün ən möhkəm namizəd hesab olunurdu.

Tokuqava İeyasunun əcdadları Edo Bakufusunun əsasını qoymuşdular, Mikada əyalətinin sinqoku daymyo ailəsinə məxsus idilər. Onun atası öz torpaqlarını itirməsi kimi acı bədbəxtlikdən əziyyət çəkmişdi. İeyasu gənc yaşlarında Oda ailəsinin düşməninə çevrilmişdi, lakin bu vaxt əsir götürülmüş və ömrünün 12 ilini məhbəsdə keçirmişdi. 1560-cı ildəki məşhur döyüşdə Oda Nobunaqa öz rəqibini öldürmüş və onun ailəsini məhv etmişdi.

Birləşmə xətti möhkəm aparılanda, İeyasu nəhayət dustaqlıqdan azad edilmişdi. Öz vilayətinə qayıdıb o, əyaləti şəxsi nəzarətinə götürmüşdü. Odanın bu dəfə müttəfiqi kimi, Kiotoya hücumun aryerqardını müdafiə etsə də, əslində öz hərbi    kampaniyasını aparmışdı. 1582-ci ildə o, artıq qüdrətli daymyo idi, öz əyalətindən əlavə dörd əyalətə də sahib olmuşdu.

Hideyoşi Toyotomi hakimiyyəti tutduqda, İeyasu əvvəlcə ona müxalif olmuşdu. Hideyoşinin ölümündən sonra isə, 1600-cü ildə Sakiqahara döyüşündə qalib gəlib, öz milli ali hakimiyyətini qurmuşdu. İeyasu 1603-cü ildə Edo Bakufusundan Tokuqava sülaləsi kimi tanınmış bir hakimiyyət yaratmışdı.

Hideyoşinin oğlu Hideyori isə mahalın torpaq lordu səviyyəsinə endirilmişdi. İeyasu syoqunluğu sonra öz oğlu Hidetaqaya verdi, özü isə Bakufunun bünövrəsinin möhkəmləndirilməsi ilə məşğul oldu. 1605-ci ildə o, Osaka qəsrini işğal etdi. Torpaq lordlarına və imperial sarayına Bakufunun nəzarətinin qanuni əsasları elan edildi.

İkinci və üçüncü syoqunların başçılığı altında Bakufunun bu nəzarət siyasəti daha uzaqlara getdi, Tokuqava syoqunatının yeni hökumət sistemi meydana gəldi. Bakufu həmçinin Hərbi Evlər barədəki qanunları təftiş etdi, həm də mühüm şəhərlər və liderlər Bakufunun birbaşa nəzarətinə keçdi. Torpaq lordlarının hər il Edoya mərasim səfəri etməsi tələb olunurdu, bu vaxt onların arvadları və uşaqları daim girov kimi yaşamalı idi. Bu sistem, yapon feodalizmində unikal xarakter daşıyırdı və heç vaxt Avropa feodalizmində meydana gəlməmişdi.

1630-cu illərdə həmçinin beynəlxalq münasibətlərdə mühüm bölgü xətti həyata keçirildi, bu tədbir milli izolyasiya adlanırdı. "İlahi ölkə" sayılan Yaponiyaya verilən güzəştlər feodal hakimiyyətin hesabına keçirilirdi. Xristianlığın qadağan edilməsi istiqamətində addım atıldı və yerli xristianların təqib edilməsinə başlanıldı. 1633-cü ildə isə yaponların okeanın o tayına səfər etməsi və ya Yaponiyaya qayıtması qadağan olundu.

Orta əsrlərdə yazılmış yapon tarixi əsərlərində Bakufu sisteminin sosial strukturası da təsvir edilir və Bakufunun əsasının qoyulmasının faydalı olduğu göstərilir. Bu əsərlərdə Tokuqava syoqunatının qurulması tarixi cəhətdən əsaslandırılır. Çindəkinin əksinə olaraq, feodal lord-vassal əlaqələri daha da yüksək qiymətləndirilir. Konfutsionizmin ailə etikası həmin əlaqələr naminə aşağı salınırdı. Bu təlimlər möhkəm təbəə idealizmi kimi xarakterizə olunurdu.

Bakufu sisteminin qurulması ilə əvvəlki anarxiya dövrünə son qoyuldu, daimi sülh tendensiyası oyadıldı. Nəticədə sənaye inkişaf etdirildi və şəhərlərin sayı artdı. Bu meyl XVII əsrin birinci yarısında aparıcı yer tutdu. Feodal kiçik fermerliyi bu vaxt geniş yayıldı, həm də daha yaxşı yaşayış standartına yiyələnməyə can atılırdı, lakin bu proses zəif qaydada gedirdi. Onlar əkinlərdə becərilməni yaxşılaşdırmaq cəhdləri ilə yanaşı, kommersiyaya yararlı müxtəlif məhsullar və şəhər bazarlarında satılmaq üçün sənətkarlıq malları istehsal edirdilər. Əsas kommersiya malı pambıq parça idi və bu, yun və ipək istehsallarını əvəz etmişdi. Kommersiya və nəqliyyat, bu malların dövriyyəsi üçün həmçinin inkişaf edirdi. Su yollarından daha çox istifadə olunurdu. Bunun nəticəsi kimi sənaye və kommunikasiya inkişaf edirdi, yeni üslubdakı tacirlər - topdansatış ticarəti ilə məşğul olanlar və birja brokerləri meydana gəlirdi. Bu vaxt həm də qüdrətli maliyyəçilər qrupu yarandı. Şəhərlər, daha çox kommersial xarakter daşımağa başladı. Belə şəhərlər və həm də əsasən yol boyunda olan kiçik şəhərlər bütün ölkədə meydana gəldi. Edo, Osaka və Kioto kimi şəhərlər Bakufunun birbaşa nəzarəti altında xüsusən sürətlə inkişaf edirdi. Edonun əhalisi 12 milyon nəfərə çatdı və ölkə paytaxtı dünyadakı ən iri şəhərə çevrildi.

(Ardı var)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Dekabr 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see404

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see137

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri