Icma.az
close
up
RU
Yaponiya böyük transformasiyalar ölkəsi Telman Orucov yazır

Yaponiya böyük transformasiyalar ölkəsi Telman Orucov yazır

Icma.az bildirir, 525.az portalına istinadən.

(Əvvəli ötən şənbə sayımızda)

Yaponiya Nasist Almaniyasına  yaxınlaşır

1930-cu illərin sonuna yaxın Yaponiya Nasist Almaniyası ilə əlaqəyə girməklə, hər iki ölkə Sovet İttifaqına birgə hücum edəcəkdi və onun resurslarını öz aralarında böləcəkdi. Lakin Almaniyanın 1939-cu ilin avqustunda təcavüz etməmək barədə Sovetlərlə pakt imzalaması, yapon strateqlərini əvvəlki fikirdən uzaqlaşmağa məcbur etdi. ABŞ-ın Yaponiyaya neft embarqosu qoyması da, onun SSRİ-yə qarşı təcavüzünə imkan verməmişdi. Çünki Yaponiya sonralar da Cənubi-Şərqi Asiya ölkələrini işğal edəndə, bəzən yanacaq və döyüş sursatı çatışmamasından hücumu ləngitməyə məcbur olurdu. Digər tərəfdən, Yaponiya  təklikdə, Sovet İttifaqını heç məğlub etmək gücündə də deyildi. Ona görə də, ancaq Cənubi-Şərqi Asiyanın geniş resursları ilə kifayətlənməli oldu. İşğal nəticəsində Holland Ost İndiyalarından (indiki İndoneziya) neft, bu ölkə ABŞ, İran və Rumıniyadan sonra ən böyük neft ehtiyatlarına malik idi, Malayyadan rezin və qalay, Birma və Hind-Çindən isə düyü alırdı.

Yaponiya Almaniya ilə həm də Anti-Komintern paktını imzaladı. Bu yolla Yaponiya Asiyada yeni bir qaydanın lideri kimi tanındı. Bu, həm də birbaşa Birləşmiş Ştatların xeyrinə idi, çünki nasistlər və Sovetlər bu vaxt real müttəfiqlərə çevrilmişdilər və SSRİ Hitler Almaniyasını neft, taxıl və digər strateji məhsullarla təmin edirdi.

Yaponiyanın Sovet İttifaqı ilə əlaqələri, Almaniyaya münasibətdən fərqli olaraq, heç də ürəkaçan deyildi. Sovetlər özlərinə məxsus Çin Şərqi Dəmir yolunu onlara satmaq təklifi ilə razılaşmadı, bu yol Cənubi Mancuriyadan keçirdi. 1938-ci və 1939-cu illərdə Rusiya və yapon orduları iki tam ölçüdə olan döyüşlərdə bir-birlərini yoxladılar. Yalnız 1941-ci ilin aprelində Sovet İttifaqı ilə Yaponiya arasında neytrallıq paktı imzalandı.

Alman-yapon birləşdirici bağları heç vaxt sıx və səmərəli olmamışdı. Hər iki partiya öz kooperasiyasını müəyyən məsafədə saxlayırdı və irqi alilik barədə onların ciddi iddiaları mövcud idi. Almanlar guya özlərinin məxsus olduğu ari irqini, yaponlar isə öz millətini bütün xalqlarla müqayisədə olduqca üstün bilirdilər. Yaponlar nasistlərin Sovet İttifaqına hücum planlarından xəbərsiz idilər, almanlar da yaponların Pyorl Harbora hücum planlarından hali deyildilər, çünki yaponlar bu böyük hücum planını gizli saxlayaraq, almanlara deməmişdilər.

Avropada müharibə başlayanda, Yaponiyanın demokratik dövlətlərlə əlaqələri ardıcıl olaraq pisləşirdi. Birləşmiş Ştatlar və Böyük Britaniya, Çin millətçilərinin mübarizəsinə kömək edirdilər. Antiyapon hissləri Birləşmiş Ştatlarda güclənirdi. 1939-cu ildə, Yaponiya ilə 1911-ci ildə bağlanmış kommersiya müqaviləsi ləğv edildi. Prezident Franklin D.Ruzvelt ictimai rəyi təcavüzkara qarşı yönəldəndə, bu, həm də Yaponiyanı dayandırmaq cəhdlərini də əhatə edirdi. Lakin Avropada 1939-cu ildə başlanan müharibəyə görə hələ möhkəm tədbirlərə əl atılmırdı.

Avropa müharibəsi yaponlar üçün şirnikləndirici imkanlar yaradırdı. Nasistlərin 1941-ci ilin iyununda Sovet İttifaqına hücumundan sonra yaponlar cənubdakı müstəmləkə ölkələrindən daha varlı mükafat axtarmaqla məşğul olurdular. 1940-cı ildə Yaponiya Şimali Hind-Çini işğal etdi ki, oradan Çinin resurslarla təchiz olunmasını dayandırsın. 1940-ci ildə Fransada alman işğalından sonra Vişi hökumətinin qurulması ilə, Yaponiya Fransanın bütün müstəmləkələrinə öz himayəsini elan etdi. Bu, əslində Cənubi Asiyadakı sonrakı hərəkətlərə  hazırlıq xarakteri daşıyırdı. Birləşmiş Ştatlar yaponların Hind-Çini işğal etmələrinə görə, onunla əlaqələrini dondurdu və Yaponiyaya neft embarqosu qoyduğunu elan etdi. Vaşinqtonla danışıqlar getdi və yapon nümayəndəsi prezident Ruzveltlə görüşməyə can atdı. Lakin Birləşmiş Ştatların Dövlət Departamenti, Yaponiyanın güzəştləri olmadan buna razılıq verməkdən imtina etdi. Vaşinqtona görə Yaponiya Hind-Çindən geri çəkilməli idi.

Birləşmiş Ştatlara zərbə vurmağa başlamaq üçün Yaponiya, Havay adalarındakı Pyorl Harbora hücum etmək üçün, onun donanması Saxalin yarımadasından çıxmaqla, 6 min km-lik dəniz yolu ilə artıq irəliləməkdə idi. Altı aviasiya daşıyan gəmidən qalxan yapon təyyarələri, hücuma cəlb edilən 423 təyyarədən 190-u bilavasitə basqında iştirak edirdi, 7 dekabr 1941-ci ildə bazanı onlar qəflətən bombaladılar. Pyorl Harbor amerikanların Sakit okeandakı başlıca dayaq nöqtəsi idi və ABŞ-ın Sakit okean donanmasının böyük hissəsi burada məhv edildi, amerikanlar bu hücumda həm də 2400 nəfər canlı qüvvə itirdi.

Yaponiya Cənubi-Şərqi Asiyada işğallara başlayır

Yaponlar "Şərqi Asiya asiyalılar üçün" şüarını irəli sürsələr də, praktikada bu, "Şərqi Asiya yaponlar üçün" mənasını verirdi.  ABŞ-ın Sakit okeandakı donanmasının dayaq bazası olan Pyorl Harbora hücum baş tutdu, bu, təəccübə səbəb olmaqla, uğur qazandı. Bu hadisə həm də Birləşmiş Ştatlarda xalqın rəyini və dövlətin, uğurlu finişə qədər müharibə aparmaq qətiyyətini birləşdirdi. 8 dekabrda Yaponiyaya müharibə elan edən Birləşmiş Ştatlar öz donanmasını sürətlə yenidən qurdu.

Almaniya, Yaponiya ilə sıx ittifaqda olmasa da, Birləşmiş Ştatlara müharibə elan etdi və Amerika da Hitler Almaniyasına eyni şəkildə cavab verdi.

Hitlerin Birləşmiş Ştatları müharibə elan etməsi, Britaniyanın və Sovet İttifaqının Almaniyanı məğlub etmək barədəki niyyətinin Amerika tərəfindən qəbul edilməsinə kömək etdi və bu, Birləşmiş Ştatlar üçün birinci prioritetə çevrilməli idi. Bu məqsədlə Amerika tırtıllı traktorların, təyyarələrin və digər silah növlərinin istehsalını xeyli genişləndirdi ki, onları Britaniyaya və Sovetlərə göndərsin. Dövlətlər arasındakı siyasi müxtəlifliyə əhəmiyyət verilmədən, bu üç  dövlət arasında yaranan ittifaq silahlı əməliyyatların genişlənməsinə səbəb olmaqla yanaşı, həm də müharibənin sonrakı problemlərinin həllində razılaşmaların əldə edilməsinə yol açdı. 1943-cü ilin başlanğıcında, onlar öz qüvvələrinin Ox ittifaqınin - Almaniya, İtaliya və Yaponiyanın qeyd-şərtsiz təslim olmasına qədər, onlara qarşı axıradək vuruşacaqları ilə razılaşdılar. Qeyd-şərtsiz təslim olma prinsipi, həm də alman və yapon dissidentlərini öz hökumətlərini devirməyə və sülh yaratmağa həvəsləndirəcəkdi. Üstəlik, bu, Hitlerin öz düşmənlərini parçalamaq cəhdlərinə imkan verməyəcəkdi.

Məşhur yapon admiralı, Pyorl Harbora hücum əməliyyatının bilavasitə müəllifi olan İsoroku Yamomoto Amerika ilə müharibənin təhlükəli olduğunu bildirib, onu arının yuvasına çöp uzatmaq kimi qiymətləndirmişdi. O, ilk 6 ay ərzində üstünlüyün Yaponiya tərəfində olacağını, sonra isə müharibə əməliyyatları teatrında dominantlığın Amerikaya keçəcəyini bildirdi. Onun öncəgörməsi bütünlüklə düz çıxdı.

Müharibənin ilk dövründə Yaponiya böyük müvəffəqiyyət qazandı, 1942-ci ilin yanvarında yapon qoşunları Filippinin paytaxtı Manilanı işğal etdi. Yaponiya hərbi-dəniz qüvvələrinin baş komandanı Yamomoto Sakit okeandakı əməliyyatlara başçılıq edirdi. Amerikalara kömək edən britaniyalıların iki gəmisinin batırılması ABŞ-ın Sakit okeandakı donanması üçün bədbəxtlik xarakteri daşıdı.

Cənubi-Şərqi Asiyanın Yaponiya tərəfindən işğalı "Asiya asiyalılara" şüarı altında gedirdi. Həmin ərazilərdəki müstəqil hökumətlər yapon ağalığı altına keçirdi. Belə hökumətlər Birmada, Holland Ost (Şərqi) İndiyalarında, Vyetnamda və Filippində qurulmuşdu. Real hakimiyyət isə, yapon hərbi komandanlığının tabe olduğu Tokio Baş Qərargahına məxsus idi. Yapon hərb maşını üçün həmin ərazilərdən iqtisadi resurslar əldə edilirdi, ictimai işlər üzrə layihələr həyata keçirilirdi. İşğal edilmiş ərazilərdə yaşayan adamların həyat şəraiti olduqca ağır və sərt idi.

Yaponiya hərbi qüvvələri onların tabeliyində olan xalqlara olduqca az mərhəmət bəsləyirdilər. 1937-ci ildə Çində Nankun işğal edildikdə, yapon əsgərləri bir neçə gün ərzində qətllərlə, zorlama və qarətlə məşğul olmuşdular. Sonralar 800 min koreyalı işləmək üçün Yaponiyaya göndərilmişdi. On minlərlə koreyalı qadın yapon qoşunlarına "rahat qadın" (fahişəlik) xidməti göstərməyə məcbur edilmişdi.

Yaponlar əsirlərdən və yerli əhalidən həm də ağır işlərdə işləmək üçün istifadə edirdilər. 1943-cü ildə Birma-Tailand dəmir yolunun tikintisində 61 min müharibə əsiri, 300 minə qədər isə yerli sakin işləyirdi. Dəmir yol tikintisi başa çatdıqda müttəfiq ölkələrindən olan 12 min müharibə əsiri və 90 min fəhlə pis pəhrizdən və sağlam olmayan iqlimdəki ağır şəraitdən ölmüşdü.

Amerika Yaponiyaya müharibə elan etdikdən sonra, bu ölkədə yaşayan yaponlara da münasibəti pisləşmişdi. Ölkənin qərb sahilindəki 110 min yapon amerikalısı, onlardan 15 faizi Birləşmiş Ştatların özündə doğulmuşdu, tikanlı məftillə qorunan düşərgələrə göndərilmişdi və onlardan loyallıq barədə and içmək tələb olunurdu.

Alman və italyan amerikanlara isə heç də oxşar münasibət bəslənmirdi. Yaponlara münasibətdə əslində irqçiliyə yol verilirdi. Şərqlilərə, xüsusən yaponlara münasibət təhqiramiz xarakter daşıyırdı.

ABŞ Yaponiyaya qarşı müharibədə üstünlüyü ələ alır

1942-ci ilin 18 aprelində  aviasiya daşıyan gəmilərdən qalxan amerikan təyyarələri ilk dəfə Tokionu bombaladı, yaponlar isə buna inanmaq belə istəmirdilər. 8 dekabr 1941-ci ildə prezident Ruzvelt Senatın iclasında Pyorl Harbora cavab kimi, Tokionun bombalanmasını tələb edəndə, iclasdakılar bu əməliyyatın mümkünlüyünə inanmadıqlarını nümayiş etdirmişdilər. Bunu hiss edən Ruzvelt ayaqlarının iflic olmasına baxmayaraq, gözlənilmədiyi halda ayağa qalxıb, demişdi ki, bəzən mümkün olmayan da mümkün edilə bilir. Yaponlar təhlükəsiz hesab etdikləri paytaxtlarının bombalanmasının şahidi oldular.  1943-cü ilin fevralında isə Qvadalkanal və Solomon adaları uğrundakı döyüşlərdə yaponlar geri çəkilməyə məcbur oldular.

Amerikanlar böyük hərbi strateq kimi şöhrət tapmış və Sakit okeandakı hərbi-dəniz əməliyyatların təşəbbüsçüsü admiral Yamomotonu məhv etməyə çalışırdılar. 1943-cü ilin yayında Qvadalkanal rayonuna uçarkən, amerikan qırıcı təyyarəsi onun uçduğu təyyarəni partlatdı və Yamomoto həlak oldu.

Pyorl Harbora hücumdan sonra Yaponiya silahlı qüvvələrinin özünə güvənməsi böyümüşdü, onlar Cənubi-Şərqi Asiyada və Sakit okeanda xeyli uğur qazanmışdılar. Asiyadakı döyüşlər ancaq 1942-ci ildə dramatik qaydada dəyişdi. 1942-ci ilin 7-8 mayında Avstraliyanın şimalında yerləşən Mərcan dənizindəki döyüşdə amerikan hərbi-dəniz qüvvələri yaponların irəliləməsini dayandırdılar və bu yolla Böyük Britaniyanın dominyonu olan Avstraliyaya müdaxilə təhlükəsini müvəqqəti olaraq yüngülləşdirdilər. 4 iyunda Miduey atollunda (adasında) amerikan təyyarələri yapon aviasiya daşıyan gəmilərinin dördünü, başqa sözlə, ümumui sayının yarısını məhv etdilər və Sakit okeanda amerikan donanmasının ağalığını qurdular. Qələbə, əlbəttə ki, böyük qiymətə başa gəlmişdi, amerikan təyyarələrindən beşdə ikisi toqquşmada məhv edilmişdi. Müttəfiqlər Asiyada da hücum əməliyyatlarına başlamışdılar. Amerikan generalı Duqlas Makartur Filippinə tərəf irəliləyirdi, vaxtilə ordusu ilə birlikdə yaponların hücumu nəticəsində bu ölkəni tərk edəndə, ora qayıdacağına vəd etmişdi. Bu fürsət artıq yetişmişdi. ABŞ ordusu və donanması birləşib, yaponların əlində olan digər adalara da hücum edəcəkdi.

Solomon adaları sularındakı ağır toqquşmadan sonra, Yaponiyanın taleyi solmağa başladı.

Asiyada müharibə davam edəndə, 1943-cü ildə amerikan silahlı qüvvələri hücumla, bütün Sakit okean əməliyyat teatrında öz yolu ilə irəliləyirdi. Amerikan qüvvələri, düşmənin resurslarla təmin edən regionların tutulması sayını artırdılar.

Miduey məğlubiyyətindən sonra (iyun 1942-ci il) Yaponiya hərbi-dəniz liderləri özləri üçün qələbə nəticəsinin çox zəif olduğunu gördülər. 1944-cü ildə Saypanın tutulması ilə Tokionun bombardman edilməsi gücləndi. Baş nazir Tedzionun hökuməti başqa şəhərə köçürüldü. Bu, müharibənin yaponlar tərəfindən uduzulmasının şəhadəti idi, lakin hərbi liderlərdən başqa heç bir qrup hansısa proqrama malik deyildi. Yalnız imperatorun, hərbçiləri öz ümidlərindən yayındıracağına ümid bəslənirdi. Xalqa isə yalnız döyüşlərdəki qələbə barədə xəbərlər çatdırılırdı. 1945-ci ildən təkcə qədim paytaxt Kioto istisna olmaqla, bombardmanlar hər bir şəhərin dağıdılmasına səbəb oldu. Lakin yapon generalları müharibəni davam etdirməkdə qərarlı idilər. 1945-ci ilin aprelində ABŞ qüvvələri Okinavada sahilə çıxdıqda, hökumət istefaya getdi. 26 iyul 1945-ci ildəki Potsdam Deklarasiası ilə ilk dəfə təklif edildi ki, yaponlar "bir irq kimi qula çevrilməyəcək və ya millət kimi məhv edilməyəcəkdir".

(Ardı var)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Dekabr 2025 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri