Icma.az
close
up
RU
Yaponiya kiberhücumların Çin tərəfindən dəstəkləndiyini bildirib

Yaponiya kiberhücumların Çin tərəfindən dəstəkləndiyini bildirib

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yaponiya 2019-2024-cü illər arasında hökumət qurumları, siyasətçilər və özəl şirkətlər kimi hədəflərə qarşı kiberhücumların arxasında Çin tərəfindən dəstəklənən hakerlərin olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, Yaponiya Milli Polis Agentliyinin (NPA) verdiyi açıqlamada dövlət qurumları və müəssisələri kiberhücumlara qarşı tədbir görməyə çağırılıb.

Yaponiya Milli Polis Agentliyi son 5 ildə ölkənin “milli təhlükəsizliyini və yüksək texnologiya məlumatlarını hədəf alan” 200-dən çox kiberhücumun həyata keçirildiyibarədə məlumatın olduğunu qeyd edib.

Açıqlamada Çinin dəstəklədiyi “MirrorFace” adlı haker qrupunun, xüsusilə, Xarici İşlər və Müdafiə nazirliklərini, Kosmik Agentliyi, siyasətçiləri, jurnalistləri, özəl şirkətləri və bəzi beyin mərkəzlərini hədəf aldığı bildirilib.

Açıqlamada qrupun oğurlanmış etimadnamələrdən istifadə edərək hədəflərə zərərli proqram ehtiva edən əlavələri olan elektron məktublar göndərdiyi və bu e-poçtların mövzu başlıqlarının ümumiyyətlə “Yaponiya-ABŞ ittifaqı”, “Tayvan Boğazı”, “Rusiya- Ukrayna müharibəsi”, “azad və açıq Hind-Sakit okean” kimi açar sözlərin yer aldığı qeyd edilib.

Açıqlamada dövlət qurumları və müəssisələri kiber hücumlara qarşı tədbir görməyə çağırılıb.

"Japan Airlines" (JAL), 2024-cü ilin dekabr ayında daxili və xarici sistemlərini birləşdirən şəbəkəyə kiberhücum səbəbiylə bəzi uçuşların təxirə salındığını açıqlayıb və ən azı 24 daxili uçuşun təxminən 1 saat gecikdiyini, eləcə də bəzi beynəlxalq uçuşların da mənfi təsir göstərdiyini bildirib.

2024-cü ilin fevralında Çinin 2020-ci ildə Yaponiya Xarici İşlər Nazirliyinə etdiyi kiberhücumlarda Yaponiyaya aid gizli diplomatik sənədlərin sızdırıldığı iddia edilmişdi.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Yanvar 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see135

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see124

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri