Yaponiya Nepala 3 milyon dollar yardım ayırıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Pekin, 8 sentyabr, AZƏRTAC
Yaponiya dağıdıcı daşqınlardan zərər çəkən Nepala 3 milyon ABŞ dolları yardım edəcək.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Toşimitsu Moteqi açıqlama verib.
Yardım Dünya Ərzaq Proqramı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası kimi beynəlxalq təşkilatlar vasitəsilə çatdırılacaq.
Qeyd edək ki, avqustun 26-da Nepalın Çin ilə həmsərhəd bölgəsində baş verən daşqın nəticəsində bir neçə kənd, iki ölkə arasındakı sərhəd-keçid məntəqəsi palçıq və qaya axınının altında qalıb.
Son məlumata görə, Nepal tərəfdə 1355 nəfər ölüb, təxminən 5 min nəfər itkin düşüb. Təbii fəlakət nəticəsində Nepalda 7570 fərdi ev, 48 dövlət binası dağılıb, 18 məktəbə ciddi zərər dəyib. Bundan başqa, 55 kilometr uzunluğunda yol tamamilə dağılıb, 37 körpü yararsız hala düşüb.
Çin tərəfdə isə ölənlərin sayı 43-ə çatıb. Təbii fəlakət nəticəsində 519 nəfər itkin düşüb
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 08 Sentyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















