Icma.az
close
up
RU
Yaponiya niyə dünyanın zirvəsindədir? 100 yaşdan yuxarı insan sayının ən çox olan ölkələr

Yaponiya niyə dünyanın zirvəsindədir? 100 yaşdan yuxarı insan sayının ən çox olan ölkələr

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Dünya üzrə 100 yaş və üzəri təxminən 630 min nəfər yaşayır və bu əsrlik insanların böyük əksəriyyəti cəmi 10 ölkədə toplanıb. Yaponiya isə bütün siyahıların başında gəlir. Bəs bu qeyri-adi uzunömürlülüyü təmin edən nədir? 

Qayanrinfo xəbər verir ki, bu il 100 yaşına çatan insanlar, həqiqətən də olduqca qeyri-adi bir əsrə şahidlik ediblər. 1925-ci ildə - iki dünya müharibəsi arasında doğulan bu nəsil penisilindən "TikTok"a qədər uzanan dramatik dəyişiklikləri təcrübədən keçirib.

Lakin bu yaş həddini aşan insanların sayı olduqca məhduddur. Birləşmiş Millətlər Təşkilatının son məlumatlarına əsasən, dünya üzrə 100 yaş və üzərində təxminən 630 min nəfər yaşayır və onların böyük hissəsi cəmi 10 ölkədə cəmləşib.

Bu ölkələr Asiya, Avropa və Şimali Amerikanı əhatə edir. Ölçüləri, iqtisadi səviyyələri, səhiyyə sistemləri və sosial strukturları baxımından isə bir-birindən xeyli fərqlənirlər. Hər beş asırlıq şəxsdən biri - təxminən 123 min nəfər - dünyanın ən yüksək ömür uzunluğu göstəricilərindən birinə sahib olan Yaponiyada yaşayır.

Yaponiya qadınlarında orta ömür uzunluğu 88, kişilərdə isə 82 ildir. Siyahıda Yaponiyadan sonra təxminən 74 min asırlıq insanla Amerika Birləşmiş Ştatları gəlir. Daha sonra Çin (təxminən 49 min nəfər) və Hindistan (38 min nəfər) sıralanır.

Yaponiya, hər 100 min nəfərə düşən 100-dən çox asırlıq şəxs ilə fərqlənir, lakin bu göstəriciyə görə 133 nəfərlə Honq Konqun bir qədər gerisində qərarlaşır. Niderlandın Fənlərarası Demoqrafiya İnstitutunda sağlamlıq, qocalma və uzunömürlülük sahəsində tədqiqatlara rəhbərlik edən professor Solveiq Kanningem "Euronews Health"ə verdiyi açıqlamada "Yaponiya bütün siyahıların başında yer alır", deyə bildirib.


Qeyri-adi uzunömürlülük, uzun müddətdir həm alimləri heyrətləndirir, həm də ictimaiyyəti valeh edərək saysız-hesabsız kitabların, televiziya proqramlarının, manşetlərin və özünə yardım bələdçilərinin yaranmasına səbəb olub.

Bu fenomeni izah edən populyar nəzəriyyələrdən biri "mavi zonalar" anlayışıdır. Bu zonalar – insanların sağlam qidalanma, aktiv həyat tərzi, güclü sosial əlaqələr və genetik amillərin kombinasiyası səbəbilə diqqətəlayiq şəkildə uzun yaşadığı coğrafi bölgələrdir. Lakin tədqiqatçılar bu "mavi zonaların" reallığı ilə bağlı da suallar qaldırır – onların sadəcə statistik xətalar və ya qeyri-dəqiq məlumatlarla bağlı olması ehtimalını da istisna etmirlər.

Ötən il aparılan bir araşdırma, bəzi ölkələrdə bu qədər çox asırlıq insanın olmasının iki əsas səbəbi olduğunu üzə çıxarmışdı: doğum sənədlərindəki inzibati səhvlər və pensiya və sosial təminat sistemlərindəki saxtakarlıqlar.

Kanningem qeyd edir ki, ehtimal ki, müəyyən "məlumat sapmaları” mövcuddur, lakin bu hallar daha geniş mənzərəni tam şəkildə əks etdirmir. Xüsusilə, ən çox asırlıq insana malik ölkələr ümumilikdə daha yüksək ömür uzunluğu göstəricilərinə malik olur.

"O ərazilərdə insanların ümumiyyətlə daha uzun yaşaması normaldırsa, onların müəyyən qisminin 100 yaşını keçməsi təəccüblü deyil”, deyə Kanningem əlavə edir.

Daha aşağı həyat gözləntisinə malik ölkələrdə belə, təəccüblü sayda asırlıq insan yaşaya bilər. Kanningem bildirir ki, həyatın erkən dövrlərində ölüm nisbətinin yüksək olduğu yerlərdə, sağ qalan insanlar çox güclü olur.

O əlavə edir: "Sanki hansısa sehrli bir qarışıq varmış kimi görünmür".

Hazırda qeyri-adi uzunömürlülük məsələsində suallar cavablardan çoxdur, lakin demoqraflar və sağlamlıq mütəxəssisləri yaxşı yaşlanmağın əsaslarını sadə şəkildə ifadə edir: müntəzəm fiziki aktivlik, sağlam qidalanma, tibbi yardıma çıxış, kifayət qədər yuxu, alkoqol və tütündən uzaq durmaq və stresin idarə olunması.

"Balıq yağı, şokolad və bir qədəh şərabın faydaları ilə bağlı fərdi olaraq nə qədər inandığım isə başqa məsələdir", deyə Kanninghem zarafatla sözlərini tamamlayıb.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 İyul 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see233

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see215

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see198

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see148

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see138

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see134

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see132

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see131

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see131

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see131

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see128

Avtomobillərin arxasındakı yazılar mesaj, zarafat, yoxsa təhlükə mənbəyi? ARAŞDIRMA

17 Noyabr 2025 13:36see126

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see126

Şəki Siti , Xankəndi və Qaradağ Lökbatan qələbə qazandı II Liqa

17 Noyabr 2025 17:03see124

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see124

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see122

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see121

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri