Yaponiyada 633 şagird norovirusdan zəhərlənib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Pekin, 26 mart, AZƏRTAC
Yaponiyanın Osaka prefekturasının Kumatori şəhərindəki 8 məktəbdə 633 şagird və işçi qida zəhərlənməsi simptomları barədə məlumat verib.
AZƏRTAC Yaponiyanın NHK televiziya kanalına istinadla xəbər verir ki, zəhərlənmə halları martın 19-dan başlayıb. Məktəblərin şagird və işçi heyətində ishal və qusma da daxil olmaqla ardıcıl olaraq simptomlar inkişaf edib. Yerli səhiyyə mərkəzi yoluxmuş şagirdlərin bəzilərində norovirus aşkar edib. Eyni virus şəhərdəki bütün ibtidai və orta məktəblərə günorta yeməyi üçün çörək tədarük edən şirkətin işçilərində də aşkar edilib.
İctimai səhiyyə mərkəzi epidemiyanın çörəkdən qaynaqlandığını müəyyən edib. Çörək istehsal edən müəssisənin fəaliyyəti 5 günlük dayandırılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 26 Mart 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















