Icma.az
close
up
RU
Yaponiyada bircə şagird üçün 69 il işləyən vağzal

Yaponiyada bircə şagird üçün 69 il işləyən vağzal

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Yaponiyanın Hokkaydo adasında yerləşən Kyu-Şirataki qatar stansiyası illərlə yalnız bir şagirdin istifadəsi üçün açıq qalıb. Bu hadisə Yaponiyanın təhsilə və insanlara verdiyi önəmi göstərən ən diqqətçəkici nümunələrdən biri kimi tarixə düşüb.

News24.az xəbər verir ki, 1947-ci ildə istifadəyə verilən stansiya illər keçdikcə istifadəçi sayının azalması səbəbilə bağlanmaq üzrə olub. 2015-ci ildə qatar şirkəti stansiyanın bağlanacağını elan etsə də, Kana Harada adlı lisey şagirdinin hər gün bu stansiyadan istifadə etdiyi məlum olub. 

Harada hər səhər 35 kilometr uzaqdakı məktəbinə getmək üçün stansiyadan qatara minirmiş. Buna görə də şirkət onun məzuniyyətinə qədər stansiyanı açıq saxlamağa qərar verib. Bir il boyunca qatarlar yalnız Haradanın dərs saatlarına uyğun olaraq stansiyada dayanıb.

Nəhayət, 2016-cı ilin mart ayında Kana Harada məzun olub və həmin gün Kyu-Şirataki stansiyası 69 illik fəaliyyətinə son qoyub. Platformaya “Kyu-Şirataki Stansiyası, 69 il, təşəkkürlər” yazılmış plakat asılıb və yerli sakinlər vida mərasimində iştirak ediblər.

Bu hadisə Yaponiyada və sosial şəbəkədə geniş marağa səbəb olub. İnsanlar dövlətin və cəmiyyətin bir gəncin təhsili üçün göstərdiyi fədakarlığı hörmət və heyrətlə qarşılayıb. 

Yalnız iki qatarlıq xüsusi cədvəl ilə fəaliyyət göstərən bu stansiya, bir insan üçün belə sistemin necə işlədiyini sübut edən nadir nümunələrdən biri kimi yadda qalıb.

Xeyrənsə Piriyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 Oktyabr 2025 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri