Icma.az
close
up
RU
Yaponiyada “dəmir ledi” gözləntisi

Yaponiyada “dəmir ledi” gözləntisi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaponiyanın siyasi tarixi dönüş nöqtəsinə qədəm qoyur. Liberal Demokrat Partiyasının (LDP) lider seçkilərində 64 yaşlı Sanae Takaiçinin qələbəsi “gündoğar” ölkəyə ilk dəfə qadın baş nazirin rəhbərlik edəcəyi ehtimalını gündəmə gətirib. Siyasi dairələrdə Yaponiyanın “dəmir ledisi” adlandırılan Takaiçi ifrat mühafizəkar baxışları, güclü xarakteri və Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçerə olan heyranlığı ilə tanınır. O, Yaponiya siyasətində təkcə cinsiyyət baryerini deyil, həm də ideoloji balansı sarsıtmağa hazır görünür.

LDP-də dəyişiklik ehtiyacı bir ildən az müddətdə baş nazir postunda olan Şigeru İşibanın idarəetməsinin uğursuz nəticələrindən sonra yarandı. Partiya ardıcıl olaraq həm parlamentin aşağı, həm də yuxarı palatasında çoxluğu itirdi, reytinq böhranı dərinləşdi. İşiba sentyabrın əvvəlində istefa niyyətini açıqladıqdan sonra, oktyabrın 4-də keçirilən seçkilərdə liderlik uğrunda 5 namizəd mübarizə apardı. İlk turda nəticə əldə olunmasa da, ikinci mərhələdə Takaiçimin 185 səslə qalib gəlməsi ilə tarixdə ilk dəfə LDP-yə qadın rəhbərlik etməyə başladı.

Seçkilərdəki rəqibi, sabiq baş nazir Cuniiçiro Koidzuminin oğlu Şinjiiro Koidzumi gənc və mərkəzçi namizəd kimi çıxış etsə də, deputatların və partiya üzvlərinin əksəriyyəti ənənəvi dəyərləri müdafiə edən Takaiçinin ətrafında birləşdi. Qələbədən dərhal sonra o, “LDP-nin yeni dövrü”nü elan etdi və partiyanın daxili birliyinin bərpasını əsas prioritet kimi göstərdi: “Sevinc hissindən çox, məsuliyyətin ağırlığını duyuram. Qarşımızda birlikdə aşmalı olduğumuz dağlar var”, – deyə o, seçki sonrası çıxışında bildirdi.

Lakin yeni liderin baş nazir kürsüsünə əyləşməsi hələ formal şəkildə təsdiqlənməyib. Partiyanın parlamentdə çoxluğu olmaması prosesi çətinləşdirir. Buna baxmayaraq, analitiklərin fikrincə, oktyabrın 15-də keçiriləcək növbədənkənar parlament iclasında böyük ehtimalla Takaiçi baş nazir postuna təsdiqlənəcək. Müxalifətin parçalanmış vəziyyəti alternativ namizədin ortaya çıxmasını demək olar ki, mümkünsüz edir.

Bu hadisə təkcə Yaponiyada deyil, bütün Asiyada mühüm simvolik məna daşıyır. Dünya İqtisadi Forumunun gender bərabərliyi üzrə reytinqində Yaponiya 146 ölkə arasında 118-ci yerdədir. Bu baxımdan, Takaiçinin liderliyə yüksəlişi sosial və mədəni stereotipləri sarsıdan bir hadisə kimi qiymətləndirilir. Sabiq ədliyyə naziri Midori Matsuşimanın dediyi kimi, “İlk qadın baş nazirin doğulmasına şahid olmaq qürurvericidir. Bu, siyasətdən uzaq ailələrdə böyüyən gənc qadınlara cəsarət verəcək”.

Takaiçinin həyat hekayəsi yapon siyasi elitasının klassik modelindən fərqlənir. O, aristokrat ailədən deyil, sadə bir mühitdən çıxaraq siyasətə 1990-cı illərin əvvəllərində daxil olub. Üç onillikdən çox təcrübəyə malikdir və siyasi iradəsi ilə tanınır. Lakin onun ideoloji xətti cəmiyyətin liberal hissəsində ciddi mübahisələr doğurur. Takaiçi feminist deyil, əksinə, ənənəvi dəyərləri müdafiə edir. O, eynicinsli nikahların leqallaşdırılmasına qarşı çıxır, ailə soyadlarının dəyişdirilməsini yapon mədəniyyətinə zidd hesab edir və imperator taxtının yalnız kişi varislərə məxsus olmasını təbii qayda kimi qəbul edir.

Takaiçinin sosial baxışları ilə yanaşı, iqtisadi və təhlükəsizlik siyasətinə dair mövqeləri də kəskin fərqlənir. O, Çinlə bağlı sərt mövqeyi ilə tanınır və Pekinin Asiya-Sakit okean regionunda artan təsirinə qarşı ABŞ, Avstraliya, Cənubi Koreya və Filippinlə hərbi əməkdaşlığı gücləndirmək niyyətindədir. Eyni zamanda, ABŞ-la iqtisadi münasibətlərdə daha sərt mövqe nümayiş etdirərək, Donald Tramp dövründə imzalanmış ticarət sazişinə yenidən baxılmasını tələb etməyə hazır olduğunu bildirir. Onun fikrincə, həmin sazişdə bəzi maddələr Yaponiya üçün “ədalətsiz və zərərli”dir.

Xarici siyasət baxımından isə onun Şinzo Abenin siyasi və ideoloji varisi olması artıq sirr deyil. O, Abenin müdafiə sahəsində sərtləşmə, ABŞ-la hərbi ittifaqın gücləndirilməsi və Yaponiya Konstitusiyasının 9-cu maddəsinə (ordudan imtina prinsipi) yenidən baxılmasını dəstəkləyir. Takaiçinin Yasukuuni məbədini mütəmadi ziyarət etməsi – burada müharibə cinayətkarlarının adları yer alır – qonşu Çin və Cənubi Koreya ilə münasibətlərdə yeni gərginlik dalğası yarada bilər.

Bütün bunlara baxmayaraq, Takaiçinin siyasi iradəsi və nizam-intizamı ilə tanınması onu həm partiya daxilində, həm də cəmiyyətdə hörmətli fiqura çevirib. Onun baş nazir postuna gəlişi Yaponiya üçün həm gender tarixi, həm də ideoloji dönüş nöqtəsidir. Qarşıdakı aylar göstərəcək ki, Şərqin “dəmir ledi”si adlandırılan Sanae Takaiçi ölkəni böhranlardan çıxara biləcəkmi, yoxsa onun sərt siyasi kursu Yaponiyanı yeni daxili və xarici sınaqlarla üz-üzə qoyacaq. Ancaq bir həqiqət artıq danılmazdır: Yaponiya siyasəti yeni dövrün astanasındadır – bu dəfə “gündoğar” ölkə qadın liderin dövrünə şahidlik edəcək.

Səbuhi MƏMMƏDOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri