Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Dəmir ledi”nin 100 illiyinə sözardı

“Dəmir ledi”nin 100 illiyinə sözardı

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məni tənqid edən insanlar mənim Temzanın dalğalarında necə addımlamağımı görsələr, deyərdilər ki, o, üzə bilmədiyi üçün belə edir”

Onun haqqında bu gün həm tərif, həm də tənqid səsləri eşidilir. Amma “dəmir” irsi pas tutmur. Söhbət İngiltərənin ilk qadın baş naziri, “Dəmir ledi” kimi tanıdığımız Marqaret Tetçerdən gedir.

Bu gün onun doğumundan düz 100 il keçir.

Tetçer adı bir əsrdir ki, həm siyasi iradənin simvolu, həm də ictimai bölünmələrin qaynağı kimi səslənir.

Marqaret Tetçer 1925-ci ildə İngiltərənin Grantham şəhərində, ərzaq dükanı işlədən bir ailədə doğulub. Daha sonra Oxford Universitetində kimya təhsili alıb, amma marağı tədricən laboratoriyadan siyasət meydanına yönəlib.

1959-cu ildə parlamentə seçilməsi ilə başlayan yol, 1979-cu ildə Böyük Britaniyanın ilk qadın baş naziri kimi tarixə düşməsi ilə nəticələndi. O, Konservativ Partiyanı yalnız seçkilərdə deyil, düşüncə tərzində də yenidən formalaşdırdı

“İngiltərənin ehtiyacı – Dəmir Ledidir”

Hakimiyyətə gəldiyi 1979-cu ildə ölkə dərin iqtisadi böhran içində idi. Tetçer inanırdı ki, Böyük Britaniyanın dirçəlişi yalnız sərt və prinsipial qərarlarla mümkündür.

O, dövlətin iqtisadiyyata müdaxiləsini azaldır, azad bazar iqtisadiyyatını önə çəkirdi.

Həmkarlar ittifaqlarının təzyiqlərinə qarşı dayanması, dövlət müəssisələrinin özəlləşdirilməsi və vergi siyasətində islahatlar aparması onun “dəmir” obrazını yaratdı.

Bu sərtlik bəzilərinə ümid, bəzilərinə isə ağrı gətirdi. Amma Tetçer inandığı yoldan dönmədi.

“İngiltərənin çoxdankı yaralarını sosializmlə sağaltmağa çalışmaq – leykemiyanı zəli ilə müalicə etməyə oxşayır”

Tetçer üçün sosializm təkcə siyasi istiqamət deyil, yanlış bir müalicə üsulu idi.

Onun baxışına görə, dövlət yardımlarına arxalanmaq insanın azadlığını məhdudlaşdırırdı. O, cəmiyyətin dirçəlişini fərdi təşəbbüsdə və çalışqanlıqda görürdü. Bu siyasət bir tərəfdən Britaniyanın iqtisadi dayanıqlığını artırdı, digər tərəfdən sosial bərabərsizliyi dərinləşdirdi.

Tetçer beynəlxalq arenada da kəskin və bəzən mübahisəli fikirli idi.

O, ABŞ-ni bəşəri azadlıqların qalası kimi görür, belə deyirdi: “Amerika – yeni İsraildir. Onu müqəddəslər yarada bilmədilər, əgər yaratsaydılar, çətin ki ora dirçələrdi”.

Bu düşüncə onun ABŞ prezidenti Ronald Reyqanla yaxın münasibətlərinin ideoloji əsasını təşkil edirdi.

“Bəxtim gətirmədi..”

Tetçer tez-tez uğurunun kökünü uşaqlıqda qazandığı dəyərlərlə izah edirdi: “Deməzdim ki, bəxtim gətirdi. Bütün həyatımı atama borcluyam”.

Atası həm ərzaq dükanı işlədirdi, həm də bələdiyyə şurasının üzvü idi. Gənc Marqaret siyasəti, nizam-intizamı və müstəqil qərar verməyi ondan öyrənmişdi. Özü də deyirdi ki, balaca şəhərin kübar ailəsində qazandığı tərbiyə ona seçkilərdə qələbə gətirib.

“Elçibəy mənimlə mübarizə aparırdı ki…” – Bakıya səfər

1992-ci ilin sentyabrında “Dəmir ledi” Marqaret Tetçer Bakıya səfər edib.

Bu, Azərbaycanın yenicə müstəqillik qazandığı, siyasi və iqtisadi sabitliyin hələ formalaşmadığı bir dövr idi.

Səfərin məqsədi həm İngiltərəyə məxsus şirkətlərin fəaliyyətini öyrənmək, həm də bölgədəki yeni reallıqları dəyərləndirmək idi.

Səfər həm də BP şirkətinin təşəbbüsü və Azərbaycanın dəvəti ilə baş tutmuşdu.

O dövrdə prezident olan Əbülfəz Elçibəylə görüş hər iki tərəf üçün yaddaqalan olmuşdu.

Elçibəyin köməkçisi Oqtay Qasımov həmin səfəri belə xatırlayır:

“Elçibəy üçün də Tetçerlə görüş çox yaddaqalan oldu. Hətta Bakı səfərindən sonra mərhum prezidentin Tetçerlə çox yaxşı münasibətləri var idi… Məqsəd İngiltərəyə məxsus şirkətlərin fəaliyyətini araşdırmaq, həm də yeni müstəqillik qazanmış Azərbaycandakı vəziyyəti dəyərləndirmək idi”.

Tetçer sonradan Elçibəy barədə deyib: “Mən bu həyatda Elçibəy kimi millətini sevən insan görmədim.

O, bizimlə neftin hər barelinə görə mübarizə aparırdı. Səbəbini soruşanda dedi ki, neft mənim deyil, xalqındır.Onu sonrakı nəsillərə də çatdırmaq lazımdır”.

Bir əsr sonra..

Bu gün Tetçerin adı Britaniya siyasətində hələ də çəkilir.

Kimisi onu “millətin xilası” adlandırır, kimisi isə “xalqdan uzaq lider”.

Ancaq hər iki tərəf bir fikirdə razıdır: o, Britaniyanı dəyişdirdi.

Bir əsr sonra da onun izi parlamentin divarlarında, iqtisadi debatlarda və gündəlik söhbətlərdə qalır.

Və bəlkə də elə buna görə  Tetçerin “dəmir” irsi hələ də pas tutmur.

Ayşən

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Oktyabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see631

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see304

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see293

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see281

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see275

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see255

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see253

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see248

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see242

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see237

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see231

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see230

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see216

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see205

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see205

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see204

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see204

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see198

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see191

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri