Yaponiyada əhali rekord həddə azalıb
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yaponiyada son 5 ildə əhali sayı 3,09 milyon nəfər azalıb ki, bu da ölkədə statistika aparıldığı dövrdən bəri ən böyük göstərici hesab olunur.
APA xəbər verir ki, Yaponiyanın İnzibati İşlər və Kommunikasiyalar Nazirliyinin açıqladığı siyahıyaalmanın nəticələrinə görə, 2025-ci il oktyabrın 1-nə ölkə əhalisi 123 milyon 49 min 524 nəfər təşkil edib.
Bu, 2020-ci illə müqayisədə 2,5 faiz azalma deməkdir.
Əhali sayında azalma artıq üçüncü siyahıyaalma dövrüdür ki, ardıcıl qeydə alınır. Nazirlik bunu əsasən doğum səviyyəsinin aşağı düşməsi və cəmiyyətin qocalması fonunda ölüm hallarının doğumları üstələməsi ilə izah edir.
47 prefekturadan yalnız ikisində – Tokioda (1,4 faiz) və Okinavada (0,1 faiz) əhali artımı qeydə alınıb. Ən böyük azalma isə Akita (8,1 faiz) və Aomori (7,9 faiz) prefekturalarında müşahidə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 29 May 2026 05:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















