Yaponiyada ölümcül gənə virusunu bir neçə saata aşkar edən test hazırlanır
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 12 iyun, AZƏRTAC
Yaponiyalı alimlər gənələr tərəfindən yayılan, ağır qızdırma və trombositopeniya sindromu olan SFTS virusunu qısa müddətdə aşkar etməyə imkan verən yeni diaqnostik test hazırlayırlar.
AZƏRTAC Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, Osaka Universitetinin tədqiqatçıları tərəfindən hazırlanan test mövcud PCR müayinələrindən fərqli olaraq nəticələri eyni gün ərzində əldə etməyə imkan verəcək. Test hamiləlik və qrip testlərində istifadə olunan immunoxromatoqrafik üsula əsaslanır.
Mütəxəssislərin məlumatına görə, ölüm göstəricisi 10-30 faiz arasında dəyişən SFTS virusu Yaponiyada geniş yayılıb. Son günlərdə xəstəliyə ölkənin fərqlo regionlarında da rast gəlinib.
Tədqiqatçılar yeni diaqnostik dəstin 1-2 il ərzində istifadəyə hazır olacağını bildirirlər. Osaka Universiteti eyni zamanda SFTS virusuna qarşı peyvənd hazırlanması üzərində də çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:209
Bu xəbər 12 İyun 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















