Icma.az
close
up
RU
Yaponiyada supermarketə girən ayı üç gün sonra oradan çıxarıldı

Yaponiyada supermarketə girən ayı üç gün sonra oradan çıxarıldı

Yaponiyanın şimal şəhəri Akitada polis və təcili yardım xidmətləri yerli supermarketlərdən birinə girən ayını üç gündən sonra tuta biliblər.

Oxu.Az-ın Yaponiya ictimai televiziyasına istinadən verdiyi məlumata görə, ayını supermarketin ərazisində qurulmuş sensor tələlər şəbəkəsi sayəsində tutmaq mümkün olub.

Ayı noyabrın 30-da yerli supermarketlərdən birinə girib və içəridə olan işçiyə hücum edib. Xəsarət alan kişi qaça bilib, onun həyatı üçün təhlükə yoxdur.

Yaponiyada, xüsusilə meşəlik və dağlıq ərazilərin yaxınlığındakı şəhərlərdə ayılar tez-tez yaşayış məntəqələrində görünür və bəzən insanlara hücum edirlər. Son bir ay ərzində Akitada ayılar yaşayış məntəqələrində bir neçə dəfə görünüb, yerli hakimiyyət orqanları sakinləri daim sayıq olmağa çağırır.

seeBaxış sayı:44
embedMənbə:https://oxu.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri