Yaponiyada supermarketə girən ayı üç gün sonra oradan çıxarıldı
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yaponiyanın şimal şəhəri Akitada polis və təcili yardım xidmətləri yerli supermarketlərdən birinə girən ayını üç gündən sonra tuta biliblər.
Yaponiya ictimai televiziyasının verdiyi məlumata görə, ayını supermarketin ərazisində qurulmuş sensor tələlər şəbəkəsi sayəsində tutmaq mümkün olub.
Ayı noyabrın 30-da yerli supermarketlərdən birinə girib və içəridə olan işçiyə hücum edib. Xəsarət alan kişi qaça bilib, onun həyatı üçün təhlükə yoxdur.
Yaponiyada, xüsusilə meşəlik və dağlıq ərazilərin yaxınlığındakı şəhərlərdə ayılar tez-tez yaşayış məntəqələrində görünür və bəzən insanlara hücum edirlər. Son bir ay ərzində Akitada ayılar yaşayış məntəqələrində bir neçə dəfə görünüb, yerli hakimiyyət orqanları sakinləri daim sayıq olmağa çağırır. /Oxu.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 02 Dekabr 2024 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















