Icma.az
close
up
RU
“Yaponiyaya hörmət edilməlidir“: samuray qadın Asiya pələngini oyadır“

“Yaponiyaya hörmət edilməlidir“: samuray qadın Asiya pələngini oyadır“

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Baş nazir Sanae Takaiçi Yaponiyanı daha sərt, daha müstəqil və daha iddialı qlobal gücə çevirmək niyyətindədir..."

Yaponiyanın baş naziri Sanae Takaiçi ölkənin onilliklərdir davam edən ehtiyatlı və özünü məhdudlaşdıran xarici siyasət xəttini kökündən dəyişmək istəyir.

Moderator.az xəbər verir ki, bu barədə "bloomberg.com" nəşri yazıb.

Millətçilikdən güc siyasətinə

Baş nazir hesab edir ki, Yaponiya İkinci Dünya müharibəsinin tarixi yükünü daşımaqdan və daim üzr istəyən mövqedə qalmaqdan imtina etməlidir. Takaiçinin fikrincə, beynəlxalq hörmət yalnız güc, qətiyyət və milli maraqların açıq müdafiəsi ilə qazanılır.

Məhz bu səbəbdən o, Yaponiya Silahlı Qüvvələrinin imkanlarının genişləndirilməsini, müdafiə xərclərinin ÜDM-in ən azı 2 faizi səviyyəsinə çatdırılmasını və ölkənin regionda daha aktiv hərbi-siyasi rol almasını zəruri sayır.

Çin, Tayvan və ABŞ amili

Baş nazir Tayvan məsələsini Yaponiyanın birbaşa milli təhlükəsizlik problemi kimi təqdim edir. Onun fikrincə, Tayvanın Çinin nəzarətinə keçməsi Yaponiyanın dəniz yollarını, enerji təhlükəsizliyini və regional balansı ciddi təhlükə altına salar. Bu yanaşma Pekində narahatlıqla qarşılanır və iki ölkə arasında ritorikanı daha da sərtləşdirir.

Eyni zamanda Takaiçi ABŞ-la strateji münasibətləri Yaponiya təhlükəsizliyinin əsas dayağı hesab edir. O, ABŞ prezidenti Donald Tramp ilə şəxsi və siyasi əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verir, Yaponiya-ABŞ hərbi alyansını isə dəyişməz sütun adlandırır. Analitiklər qeyd edirlər ki, bu kurs Yaponiyanı Vaşinqtonun Asiya-Sakit okean strategiyasında daha ön mövqeyə çıxarır.

Dövlət kapitalizmi və riskli iqtisadi manevrlər

Takaitinin iqtisadi baxışları da ənənəvi yapon modellərindən fərqlənir. O, dövləti böyük bir korporasiya kimi idarə etməyin tərəfdarıdır. Gənclik illərində Panasonic şirkətinin banisi Konosuke Matsușitanın ideyalarından təsirlənən baş nazir hesab edir ki, iqtisadi dirçəliş üçün dövlət aktiv investor rolunu oynamalıdır.

Süni intellekt, yarımkeçiricilər, müdafiə sənayesi və infrastruktur layihələri Takaiçinin əsas prioritetləridir. Bununla belə, yüksək dövlət borcu, zəifləyən yen və artan faiz xərcləri fonunda bu siyasət maliyyə bazarlarında narahatlıq yaradır. Baş nazir isə dəfələrlə vurğulayıb ki, Yaponiya Böyük Britaniyada Liz Trass dövründə yaşanan maliyyə xaosunu təkrarlamayacaq.

"Tək canavar" lider və cəmiyyətin reaksiyası

Siyasi elitanın klassik dairələrindən kənardan gələn Sanae Takaiçi özünü "adi ailədən çıxmış" lider kimi təqdim edir. Onun sərt intizamı, detallara hədsiz diqqəti və kompromislərə meylli olmaması ona "tək canavar" imici qazandırıb.

Buna baxmayaraq, xüsusilə gənclər və millətçi elektorat arasında populyarlığı sürətlə artır. Bəzi sorğularda ona dəstək səviyyəsi 80-90 faizə yaxınlaşır. Takaiçi özü bu dəstəyi belə izah edir: "Mən Yaponiyanın qorxulan yox, hörmət edilən dövlət olmasını istəyirəm".

Bu yanaşma Yaponiya cəmiyyətində ikili reaksiya doğurur: bir qism bunu təhlükəli radikallaşma sayır, digərləri isə məhz onilliklərdir çatışmayan liderlik modeli kimi görür. Qarşıdakı seçkilər isə Yaponiyanın bu yeni, sərt və iddialı yoluna cəmiyyətin nə dərəcədə hazır olduğunu göstərəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Fevral 2026 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri