Icma.az
close
up
RU
Yaqub Eyyubov Mehdiyev olayından danışdı: “Təəssüf edirəm ki, dövlətdə elə adamlar olub və var”

Yaqub Eyyubov Mehdiyev olayından danışdı: “Təəssüf edirəm ki, dövlətdə elə adamlar olub və var”

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Oktyabrın 24-də Baş nazirin birinci müavini Yaqub Eyyubovun 80 yaşı tamam olur. Prezident İlham Əliyev yubileyi münasibətilə onu “İstiqlal” ordeni ilə təltif edib. Baş nazirin birinci müavini Azərbaycanın sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə təltif olunub. 

Modern.az xəbər verir ki, Yaqub Eyyubov yubileyi və təltif münasibətilə “Yeni Sabah”ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

- Prezident İlham Əliyev sizi “İstiqlal” ordeni ilə təltif edib. Belə yüksək təltif gözləyirdiniz?

- Xeyr, mənim üçün xoş və gözlənilməz xəbər oldu.

- Necə qiymətləndirirsiniz?

- Yüksək qiymətləndirirəm. Cənab Prezidentə təşəkkürümü və minnətdarlığımı bildirdim. Mənim elə də böyük fəaliyyətim, xidmətim yoxdur. Amma nə bacarıramsa, dövlətə və xalqa xidmət etmişəm.

- Təltif olunma xəbərini sizə ilk kim verdi və kim təbrik etdi?

- Cənab Prezident.

- Zəng etmişdi?

- Xeyr, qəbuluna dəvət etmişdi. Orada ordeni təqdim etdi.

- Cənab Prezident sizə nə arzuladı? Hansı tapşırıqları verdi?

- Həmişə olduğu kimi, dövlətə sədaqətlə xidmət etməyi tapşırdı.

- Cənab Prezidentdən sonra sizi ilk kim təbrik etdi?

- Hələlik heç kim.

- Aldığınız mükafatlar arasında ən yüksəyi “İstiqlal” ordenidir?

- Ordenlərin, mükafatların hamısı yüksəkdir.

- 80 illik yubileyinizi qeyd etdiyiniz bu günlərdə xalqımıza və özünüzə nə arzulayırsınız?

- Firavanlıq, sülh, əmin-amanlıq və xoş günlər arzulayıram. 

- Ömürün bu yaşında özünüzü necə hiss edirsiniz?

- Neçə yaşım varsa, elə ona da uyğun hiss edirəm.

- Bundan sonra da işləmək arzusundasınızmı?

- Mən həmişə hər şeyə optimist yanaşmışam. Taleh qarşıma nə qoyubsa, onu da gözləyirəm və qəbul edirəm.

- Yaqub müəllim, son günlər ölkə gündəmini bir məsələ zəbt edib. Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub, ona qarşı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması kimi ağır ittihamlar irəli sürülüb. Ramiz Mehdiyevlə bağlı baş verənləri necə qiymətləndirirsiniz?

- Çox pis qiymətləndirirəm. Təəssüf edirəm ki, dövlətdə elə adamlar olub və var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Oktyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see229

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see204

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see204

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see149

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri