Icma.az
close
up
RU
Təəssüf ki, dövlətdə Ramiz Mehdiyev kimi adamlar hələ də var Yaqub Eyyubov

Təəssüf ki, dövlətdə Ramiz Mehdiyev kimi adamlar hələ də var Yaqub Eyyubov

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Oktyabrın 24-də Baş nazirin birinci müavini Yaqub Eyyubovun 80 yaşı tamam olur. Prezident İlham Əliyev yubileyi münasibətilə onu “İstiqlal” ordeni ilə təltif edib. Baş nazirin birinci müavini Azərbaycanın sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə təltif olunub. 

"Unikal" xəbər verir ki, Yaqub Eyyubov yubileyi və təltif münasibətilə “Yeni Sabah”ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

- Prezident İlham Əliyev sizi “İstiqlal” ordeni ilə təltif edib. Belə yüksək təltif gözləyirdiniz?

- Xeyr, mənim üçün xoş və gözlənilməz xəbər oldu.

- Necə qiymətləndirirsiniz?

- Yüksək qiymətləndirirəm. Cənab Prezidentə təşəkkürümü və minnətdarlığımı bildirdim. Mənim elə də böyük fəaliyyətim, xidmətim yoxdur. Amma nə bacarıramsa, dövlətə və xalqa xidmət etmişəm.

- Təltif olunma xəbərini sizə ilk kim verdi və kim təbrik etdi?

- Cənab Prezident.

- Zəng etmişdi?

- Xeyr, qəbuluna dəvət etmişdi. Orada ordeni təqdim etdi.

- Cənab Prezident sizə nə arzuladı? Hansı tapşırıqları verdi?

- Həmişə olduğu kimi, dövlətə sədaqətlə xidmət etməyi tapşırdı.

- Cənab Prezidentdən sonra sizi ilk kim təbrik etdi?

- Hələlik heç kim.

- Aldığınız mükafatlar arasında ən yüksəyi “İstiqlal” ordenidir?

- Ordenlərin, mükafatların hamısı yüksəkdir.

- 80 illik yubileyinizi qeyd etdiyiniz bu günlərdə xalqımıza və özünüzə nə arzulayırsınız?

- Firavanlıq, sülh, əmin-amanlıq və xoş günlər arzulayıram. 

- Ömürün bu yaşında özünüzü necə hiss edirsiniz?

- Neçə yaşım varsa, elə ona da uyğun hiss edirəm.

- Bundan sonra da işləmək arzusundasınızmı?

- Mən həmişə hər şeyə optimist yanaşmışam. Taleh qarşıma nə qoyubsa, onu da gözləyirəm və qəbul edirəm.

- Yaqub müəllim, son günlər ölkə gündəmini bir məsələ zəbt edib. Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub, ona qarşı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması kimi ağır ittihamlar irəli sürülüb. Ramiz Mehdiyevlə bağlı baş verənləri necə qiymətləndirirsiniz?

- Çox pis qiymətləndirirəm. Təəssüf edirəm ki, dövlətdə elə adamlar olub və var.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:293
embedMənbə:https://unikal.az
archiveBu xəbər 22 Oktyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri