Icma.az
close
up
RU
Yaqub Məmmədovun övladları: Niyə yalnız biri geniş tanınır?

Yaqub Məmmədovun övladları: Niyə yalnız biri geniş tanınır?

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, Maliyyə Nazirliyi yanında eyniadlı qurumun üzvü, iqtisadçı professor Elşad Məmmədovun  Ali Sovetin keçmiş sədri Yaqub Məmmədovun oğlu olduğu ilə bağlı xəbərlər diqqətləri bu ailənin üzərinə yönəldib.

Məlumatlı mənbənin “Yeni Sabah”a sözlərinə görə, Elşad Məmmədov keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, hazırda Maliyyə Nazirliyinin rəhbəri olan Sahil Babayevin yaxın ətrafını təmsil edir.

O, 2021-ci ilin fevralında, Sahil Babayevin  Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olduğu dövrdə İctimai Şuraya üzv seçilib, bundan 1 ay sonra isə Şura sədrliyinə irəli çəkilib.

Mənbənin sözlərinə əsasən, Elşad Məmmədovun Maliyyə Nazirliyi yanında İctimai Şuraya da cəlb olunmasında Sahil Babayev faktoru əsas rol oynayıb.

Ali Sovetin eks-spikeri Yaqub Məmmədovun biri qız, biri oğlan olmaqla, daha 2 övladı var. 

Onlardan biri atasının yolunu seçərək həkim kimi çalışır, digəri isə hüquqşünas peşəsinə yiyələnib.

Eks-spikerin 1984-cü ildə anadan olmuş qızı Aytən Məmmədzadə Azərbaycan Tibb Universitetinin (ATU) məzunudur. O, əmək fəaliyyətinə 2003-cü ildə Mərkəzi Neftçilər Xəstəxanasında tibb bacısı kimi başlayıb, sonrakı illərdə ATU-da əvvəlcə baş laborant, daha sonra assistent, 2019-cu ildən isə dosent vəzifəsində fəaliyyət göstərib.

Yaqub Məmmədovun qızı 2017–2020-ci illərdə universitetin Təhsilin Keyfiyyətinin Təminatı və İnnovasiya şöbəsində müdir müavini vəzifəsində də çalışıb. O, 2021-ci ildən ATU Tədris Terapevtik Klinikasının Nefrologiya şöbəsinin müdiri, 2022-ci ildən isə ATU-nun Daxili Xəstəliklər kafedrası I nəzdində Nefrologiya kursunun rəhbəri vəzifəsini icra edir.

Aytən Məmmədzadənin elmi fəaliyyəti, əsasən, şəkərli diabet xəstələrində nefroloji problemlərin tədqiqi istiqamətindədir. O, tibb elmləri doktoru, professordur.

Yaqub Məmmədovun digər oğluna gəlincə, onun hüquqşünas işlədiyi deyilir. Mənbənin dediyinə görə, uzun müddət işsiz qalan oğlu üçün Yaqub Məmmədov Rusiyadakı şəxsi əlaqələrini istifadə edib. Bundan sonra o, "Lukoil" neft şirkətinin  Azərbaycandakı nümayəndəliyində hüquqşünas kimi işə başlayıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Noyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri