Icma.az
close
up
RU
Yaqub Məmmədovun alim oğluna yüksək vəzifə verildi

Yaqub Məmmədovun alim oğluna yüksək vəzifə verildi

Icma.az bildirir, Modern.az portalına istinadən.

Tanınmış alim, iqtisad elmləri doktoru, professor Elşad Məmmədov yeni vəzifəyə təyin olunub. Modern.az-ın məlumatına görə, E.Məmmədov Odlar Yurdu Universitetində Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektor vəzifəsinə təyinat alıb. 
Qeyd edək ki, Elşad Məmmədov 1992-ci ildə Bakı şəhərindəki 42 saylı məktəbi qızıl medalla bitirib.

1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNUC) Kommersiya və Beynəlxalq iqtisadi münasibətlər fakültəsini fərqlənmə diplomu ilə başa vurub.

1999-2004-cü illərdə UNEC-də böyük laborant, 2004-2007-ci illərdə baş müəllim, 2007-2015-ci illərdə dosent vəzifələrində işləyib.

2007-2015-ci illərdə Kommersiya fakültəsində dekan müavini vəzifəsində çalışıb.

2007-2015-ci illərdə həmçinin rabitə və yüksək texnologiyalar nazirinin məsləhətçisi vəzifəsində çalışıb.


2004-cü ildə ona Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə “iqtisad elmləri namizədi”, 2015-ci ildə isə “iqtisad üzrə elmlər doktoru” elmi dərəcəsi verilib. 2019-ci ildə AAK-ın qərarı ilə “professor” elmi adina layiq görülüb.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat (rus dilində) kafedrasının professorudur.

Elşad Məmmədov 2021-ci ilin martında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri seçilib.

Bir sıra monoqrafiya və  dərslik müəllifi olan E.Məmmədov eyni zamanda yerli və xarici KİV-lərdə iqtisadi təhlilçisi və icmalçı kimi çıxış edir. Ailəlidir, iki övladı var.

Modern.az-ın məlumatına görə, professor Elşad Məmmədov Azərbaycanda kifayət qədər tanınmış şəxsin – Azərbaycan Respublikası Ali Sovetinin sabiq sədri Yaqub Məmmədovun oğludur.

Yaqub Məmmədov tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar həkim, Əməkdar elm xadimi kimi titullara sahibdir. O, 1983-1992-ci illərdə Azərbaycan Tibb Universitetinin rektoru olub.
Yaqub Məmmədov 5 mart 1992 - 18 may 1992-ci il tarixləri arasında Ali Sovetin sədri vəzifəsində işləyib. 6 mart 1992 – 14 may 1992-ci illərdə həm də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edib.
Professor Yaqub Məmmədov 2001-ci ildən Azərbaycan Tibb Universiteti Patoloji fiziologiya kafedrasının müdiri vəzifəsində işləyir.
A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Sentyabr 2025 05:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri