Icma.az
close
up
RU
Yaqub Piriyev II Beynəlxalq Aqrar İnnovasiya Forumunda FOTOLAR

Yaqub Piriyev II Beynəlxalq Aqrar İnnovasiya Forumunda FOTOLAR

Icma.az bildirir, Unikal.az portalına istinadən.

18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (Caspian Agro 2025) çərçivəsində II Beynəlxalq Aqrar İnnovasiya Forumu keçirilib.

"Unikal" xəbər verir ki, Aqrar sahədə innovasiyaların təşviqi, bilik və təcrübə mübadiləsinin gücləndirilməsi, həmçinin dövlət və özəl sektorlar arasında əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyan Forumun növbəti panel sessiyası “Təhsil və sənaye müəssisələri arasında əlaqələrin gücləndirilməsinə dair dialoq” mövzusuna həsr olunub.

Tədbirdə çıxış edən Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev aqrar sahədə innovasiya, elmi tədqiqat və texnologiyaların tətbiqinin ölkəmizin gələcək inkişaf yolunda açar rol oynadığına diqqət çəkib. Bildirib ki, artıq kənd təsərrüfatına rəqəmsal texnologiyalar, süni intellekt, pilotsuz uçuş aparatları və müasir sistemlər vasitəsilə yanaşılır. Bu dəyişikliklərin mərkəzində universitetlərin dayandığını deyən rektor müasir dünyada ali təhsil ocaqlarının bilikləri real məhsul və xidmətlərə çevirərək iqtisadi dəyər yaradan əsas oyunçular olduğunu fikirlərinə əlavə edib. Tədqiqatların kommersiyalaşdırılması, universitet-sənaye əməkdaşlığının önəmini vurğulayan rektor, həmçinin BMU-da nəticəyönümlü təşəbbüslərin irəli sürüldüyünü, universitetin nəzdində fəaliyyət göstərən Texnoparkın imkanlarını nəzərə çatdırıb. Bildirib ki, burada aqrar texnologiyalar sahəsində müxtəlif layihələr-aqrar təyinatlı pilotsuz uçuş  aparatları, süni intellekt əsaslı layihələr, məhsuldarlığın proqnozlaşdırılması və s. icra olunur, eyni zamanda tələbə və tədqiqatçılara biznes modeli qurmaq, investisiya cəlb etmək, məhsulu bazara çıxarmaq bacarıqları öyrədilir. 

Çıxışda o cümlədən, sənaye tərəfdaşları ilə qurulan strateji əlaqələr, birgə istehsal, texnologiya transferi və ixracyönümlü layihələrin icrasının gündəmdə olmasından ətraflı bəhs edilib. Bu baxımdan BMU-nun Türkiyənin “Sapmaz Havacılık” və Azərbaycanın “Technocare” şirkətləri ilə həyata keçirəcəyi kənd təsərrüfatı dronlarının istehsalı layihəsi nümunə kimi önə çəkilib. Qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin dəstəyi ilə BMU bu layihənin akademik tərəfdaşı olaraq çıxış edəcək. Əməkdaşlıq nəticəsində elmi potensial və sənaye təcrübəsi sintez olunaraq real bazar məhsulu formalaşacaq. 

Yaqub Piriyev çıxışının sonunda BMU-nun aqrar sahədə, xüsusilə texnologiya istiqamətində təşəbbüslərə elmi dəstək verməyə daim hazır olduğunu söyləyib və elmi tədqiqatların real həyata təsir göstərməsinin vacibliyini vurğulayıb. 

Qeyd edək ki, tədbir çərçivəsində ali təhsil müəssisələrinin rektorları 18-ci Caspian Agro-2025-i ziyarət edib, aqrar startapların müəllifləri olan tələbələrlə görüşüblər. Sərgidə BMU tələbələrinin “Aqrar təyinatlı dron”, “Yaşıl texnologiya startapı-FOSIN”, “Smart Jilet”  və “Avtomatik idarəetmə paneli” layihələri nümayiş etdirilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://unikal.az
archiveBu xəbər 16 May 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see193

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see171

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri