Azərbaycanın innovasiya ekosistemi beynəlxalq forumunda təqdim olunacaq
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycanın innovasiya ekosistemi fevralın 4-5-də Küveytdə keçiriləcək Beynəlxalq Rəqəmsal Əməkdaşlıq Forumunda (IDCF 2026) təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Şahin Əliyev 5-ci Digital Cooperation Organization (DCO) Baş Assambleyası çərçivəsində təşkil olunan panel müzakirəsində spiker qismində iştirak edəcək.
Şahin Əliyev “İnkişafı sürətləndirmək: rəqəmsal və sosial rifah üçün innovasiya və investisiya” adlı panel çərçivəsində “Zain”, “28 Digital” və “AfriLabs” kimi qurumların rəhbərləri ilə birlikdə “İnnovativ ekosistemin formalaşmasında dövlət siyasətinin rolu”, “Süni intellekt (AI) əsaslı investisiya fondlarında şəffaflıq və tənzimləmə” və “Rəqəmsal iqtisadiyyatda ədalətli qərarların verilməsi üçün tətbiq olunan alətlər” barədə mövzular müzakirə olunacaq.
İRİA-dan bildirilib ki, qurum qlobal əməkdaşlıq və rəqəmsal gələcəyin formalaşmasında fəal iştirak etməyə davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 29 Yanvar 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















