Icma.az
close
up
RU
Yaradıcı Mərkəzdə “AI4ART Proqramı”nın Demo Day tədbiri təşkil olunub AZƏRTAC

Yaradıcı Mərkəzdə “AI4ART Proqramı”nın Demo Day tədbiri təşkil olunub AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 15 yanvar, AZƏRTAC

Yanvarın 15-də Mədəniyyət Nazirliyi və Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) dəstəyi ilə “AI4ART Proqramı”nın "Demo Day" tədbiri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Yaradıcı Mərkəzdə təşkil edilən tədbirdə “AI4Art” layihəsi üzrə animasiya, musiqi, kino sənayesi, dizayn və digər yaradıcılıq sahələrində süni intellektin tətbiqinə dair keçirilmiş təlimlərin nəticələri təqdim olunub. Təlim iştirakçıları iki aylıq intensiv hazırlıq mərhələsində ərsəyə gəlmiş işlərini nümayiş ediblər.

Layihənin əsas məqsədi süni intellektin yaradıcı sahələrdə tətbiq imkanlarını göstərmək və iştirakçılara bu texnologiyalardan praktiki şəkildə istifadə etmək bacarıqları qazandırmaq olub. Bu proqram çərçivəsində tələbələr 48 saat ərzində incəsənət, mədəniyyət və gündəlik həyatda süni intellektin tətbiqi yollarını öyrəniblər. Həmçinin təlim iştirakçıları həm yaradıcılıq bacarıqlarını inkişaf etdiriblər, həm də gündəlik həyatda bu biliklərdən necə istifadə edə biləcəklərini praktiki şəkildə mənimsəyiblər.

İştirakçılar tərəfindən hazırlanmış layihələr – süni intellektlə yaradılmış animasiyalar, musiqi kompozisiyaları, dizayn nümunələri və kino layihələri təqdim olunub.

Layihə müddətində iştirakçılar süni intellekt texnologiyalarından istifadə edərək yaradıcılıq sahələrində öz ideyalarını həyata keçirmək imkanı qazanıblar.

“AI4Art” layihəsi çərçivəsində təşkil olunan təlimlər süni intellektin yaradıcı sahələrdəki potensialını araşdırmaq və iştirakçılara bu texnologiyanı peşəkar fəaliyyətlərində tətbiq etmək üçün zəruri bilik və bacarıqları qazandırmağa yönəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:296
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Yanvar 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri