Icma.az
close
up
RU
Hafiz Paşayev Yaradıcı Mərkəzdə yaradılan şəraitlə tanış oldu

Hafiz Paşayev Yaradıcı Mərkəzdə yaradılan şəraitlə tanış oldu

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aprelin 16-da ADA Universitetinin rektoru Hafiz Paşayev Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin qonağı olub. 

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Mədəniyyət naziri Adil Kərimli Hafiz Paşayevə Yaradıcı Mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, Mərkəzin əsas məqsədi gənc istedadları dəstəkləmək, onların bacarıqlarını artırmaq və yaradıcılıq potensialının reallaşdırılmasına şərait yaratmaq, mədəni və yaradıcı sənayelər sahəsində layihələr həyata keçirmək, bu sahədə yeni startapların formalaşmasına, sahibkarlıq subyektlərinin inkişafına dəstək verməkdir. Həmçinin yerli yaradıcı məhsul və xidmətlərin yaradılması və ixracının artırılması məqsədi ilə regionlardan istedadlı gəncləri cəlb etməkdir.

Hazırda Yaradıcı Mərkəz bir sıra layihələr, inkubasiya proqramları həyata keçirir - Musiqi, “Gametech”, “Cultech”. Bu proqramlar çərçivəsində artıq yeni 20-dən çox startap yaradılıb və ümumilikdə 100-dək rezident Mərkəzin xidmətlərindən istifadə edir.

Adil Kərimli qeyd edib ki, Mərkəzdə animasiya, musiqi və kino sənayesi, dizayn, yaradıcılıq sahələrində, “Ai4Art” layihəsi çərçivəsində süni intellektin istifadəsi üzrə ustad dərsləri və təlimlər keçirilib. Bu təhsil proqramlarında 200-dən çox gənc iştirak edib. Mərkəzin tərkibinə, həmçinin “Yaradıcı Market” bazar platforması, “Yaradıcı Edu.az” tədris mərkəzi də daxildir.

Daha sonra qonaq Mərkəzin müasir texnologiyalarla təchiz olunmuş foto və video, səsyazma, animasiya, rəqs və digər studiyaları ilə tanış olub. 

Mədəniyyıt Nazirliyi tərəfindən həyata keçirilən “Xüsusi təqaüd Proqramı haqqında Hafiz Paşayevə ətraflı məlumat verilib.

Həmçinin bildirilib ki, Yaradıcı Mərkəzin tərəfdaşları arasında həm yerli qurumlar, təşkilatlar, həm də xarici beynəlxalq təşkilatlar yer alır. 

Bundan başqa Mərkəzin rezidentləri öz startapları haqqında qonağa ətraflı məlumat veriblər. 

Sonda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə ADA Universiteti arasında “Yaradıcı Mərkəz” layihəsi çərçivəsində nəzəri və təcrübi biliklərin artırılmasına dair birgə əməkdaşlıq haqqında ANLAŞMA MEMORANDUMU imzalanıb. 

Qeyd edək ki, Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi (Yaradıcı Mərkəz) 2022-ci il 22 iyulda Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiqlənib. Mərkəz “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na dair Tədbirlər Planının icrası məqsədilə 2024-cü ildə Mədəniyyət Nazirliyi tərəfindən təsis edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Aprel 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see599

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see312

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see301

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see294

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see291

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see289

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see279

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see261

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see256

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see248

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see245

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see236

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see231

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see231

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see226

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see225

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see225

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see223

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri