Icma.az
close
up
RU
Yaradıcı rəqabət, keyfiyyət: MEDİA müsabiqələrinin standartlar paradiqması

Yaradıcı rəqabət, keyfiyyət: MEDİA müsabiqələrinin standartlar paradiqması

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illər media mühitində müşahidə olunan dönüşüm təsadüfi proses deyil - informasiya istehsalının sürətlənməsi, rəqəmsal platformaların çoxalması və auditoriyanın gözləntilərinin dəyişməsi jurnalistikanı yeni mərhələyə gətirib çıxarıb. Bu mərhələ təkcə texnoloji yeniliklərin tətbiqi ilə məhdudlaşmır, həm də peşəkar standartların yenidən formalaşmasını, redaksiyaların öz işini daha sistemli və ölçülə bilən şəkildə qurmasını tələb edir.

Məhz bu kontekstdə media müsabiqələri xüsusi əhəmiyyət kəsb edir. Jurnalistikanın inkişaf trayektoriyasına təsir edən bu müsabiqələr yalnız ən yaxşı materialı seçmək üçün keçirilən tədbirlər deyil, informasiya keyfiyyətini müəyyən edən meyarların ictimai şəkildə təzahür etdiyi platformalara çevrilir. Onlar həm rəqabəti stimullaşdırır, həm də peşəkar məsuliyyəti artırır. Nəticədə redaksiyalar daha dəqiq, daha analitik, daha çoxsahəli və yaradıcı kontent istehsal etməyə təşviq olunur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən MEDİA-nın Müşahidə Şurasının üzvü Vüqar Zifəroğlu bildirib ki, kifayət qədər media monitorinqinin aparılması və bu cür qiymətləndirmələrin müntəzəm təşkili mətbuat sektorunda əhəmiyyətli dinamika yaradır: 

"Belə müsabiqələr təkcə formal yarış deyil, həm də redaksiyalar və jurnalistlər üçün peşəkarlıq standartlarının yenidən nəzərdən keçirildiyi, öz üzərində işləməyə təşviq olunduğu bir prosesə çevrilir. Bu həm sağlam rəqabət mühiti yaradır, həm də rəngarəng, çoxsəslilik üzərində qurulan yeni kontent nümunələrinin meydana çıxmasına şərait yaradır".

Vüqar Zifəroğlu: Bu proses jurnalistlərin sosial rifahına ciddi təsir edir

Həmsöhbətimiz diqqətə çatdırıb ki, müsabiqələrin motivasiyaedici tərəfi də danılmazdır:

"Jurnalist yaradıcılıq baxımından daha geniş imkanlar qazanır, yeni üsullar sınayır. Ən əsası isə, bu proses jurnalistlərin sosial rifahına ciddi təsir edir. Həmin qiymətləndirmələr bir neçə kriteriya üzrə aparıldığı üçün media subyektləri daha sistemli çalışmağa başlayır. Müfəssəl qiymətləndirmələr jurnalistləri fərqli janrlara müraciət etməyə sövq edir. Bu da öz növbəsində  müxtəlif formatların inkişafına səbəb olur".

Sonda müsahibimiz bildirib ki, media müsabiqələri informasiya keyfiyyətinin yaxşılaşdırılması üçün mühüm mexanizmdir. Onlar həm peşəkarlığın ölçülməsində meyar rolunu oynayır, həm də sektoru yeniliklərə açıq saxlayır. Bu janrlar üzrə ortaya çıxan maraqlı nümunələr isə həm ölkə mediasının potensialını göstərir, həm də yeni nəsil jurnalistlər üçün yol xəritəsinə çevrilir.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Noyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri