Icma.az
close
up
RU
Yaradıcı Sənayelər üzrə Bakı Kommünikesi qəbul edildi Fotolar

Yaradıcı Sənayelər üzrə Bakı Kommünikesi qəbul edildi Fotolar

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İƏT Mədəniyyət Festivalı - Bakı Yaradıcı Həftə 2025” çərçivəsində Yaradıcı Sənayelər üzrə Bakı Kommünikesi qəbul olunub.

“Qafqazinfo” xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının baş katibinin müavini, səfir Tariq Ali Baxit tərəfindən səsləndirilən sənəddə 5-11 dekabr tarixlərində Bakıda keçirilən festivalın mədəniyyətlərarası dialoqun, tolerantlığın, sülhün və mədəni müxtəlifliyə hörmətin təşviqinə mühüm töhfə verdiyi qeyd olunub.

Kommünike sənədi həmçinin Azərbaycanın yaradıcı sənayelərin inkişafında və mədəni əməkdaşlığın gücləndirilməsində artan rolunu qeyd edir.

Kommünike sənədində bildirilir ki, festivalda 40-dan çox ölkədən 300-dən artıq xarici qonaq iştirak edib. Dövlət qurumlarının, beynəlxalq təşkilatların, elmi və mədəni institutların nümayəndələrinin qatıldığı tədbirlərdə ümumilikdə 5 000-dən çox iştirakçı yer alıb. Proqram çərçivəsində kino, teatr, moda, dizayn, musiqi, oyun sənayesi və rəqəmsal startaplara həsr olunan çoxsaylı sessiyalar təqdim olunub.

Sənəddə festivalın əsas tədbirləri kimi “MYFORUM” Mədəni və Yaradıcı Sənayelər Forumu, “MYEXPO – Creative Village” sərgisi, “Baku Cinema Breeze 2025” beynəlxalq kino proqramı, “Eastern Fashion Show” və “G HUB” Beynəlxalq Oyun Texnologiyaları Sammiti qeyd edilir. Bu platformaların bilik mübadiləsi, tərəfdaşlıqların qurulması və ölkələr arasında yaradıcı əməkdaşlığın genişlənməsi üçün mühüm imkanlar yaratdığı vurğulanır.

Kommünike sənədi iştirakçılar tərəfindən yaradıcı sənayelərin iqtisadi şaxələndirmə dayanıqlı inkişaf üçün əhəmiyyətli vasitə kimi dəyərləndirildiyini bildirir. Bu çərçivədə rəqəmsal innovasiya, sahibkarlıq, mədəni irsin qorunması və yeni texnologiyalardan məsuliyyətli istifadə istiqamətlərində İƏT üzv ölkələri arasında əməkdaşlığın gücləndirilməsi çağırışı səsləndirilir. Həmçinin birgə proqramlar, institusional tərəfdaşlıqlar və dövlət-özəl əməkdaşlığı daxil olmaqla innovativ maliyyə mexanizmlərinin genişləndirilməsi vacib hesab edilir.

Sənəddə festivalın təşkilinə görə Azərbaycan Hökumətinə dərin minnətdarlıq ifadə olunur. Kommünike sənədi Prezident İlham Əliyevin İƏT ilə əməkdaşlığın inkişafı, İslam həmrəyliyinin möhkəmləndirilməsi və mədəniyyətlərarası dialoqun təşviqindəki liderliyinə xüsusi diqqət yetirir.

Sonda kommünike sənədində “İƏT Mədəniyyət Festivalı - Bakı Yaradıcı Həftə 2025”in İƏT-ə üzv ölkələr arasında yaradıcı sənayelər üzrə əməkdaşlığın yeni səhifəsini açdığına inam ifadə olunur.

Lamiyə Məmmədova

Fotolar: Pərvin Zeynal







Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Dekabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri