Yaradıcı sənayelər mərkəzi hansı imkanlar yaradacaq? AÇIQLAMA
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Yaradıcı sənayelər mərkəzinin yaradılması yaradıcı şəxslər üçün təşkilati imkanlar yaradır və bu modelin regionlarda da genişləndirilməsinə şərait yaradır”.
Redaktor.az xəbər verir ki, bu sözləri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan biznes dialoq sessiyasında Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov bildirdi.
Onun sözlərinə görə, son illərdə ölkə daxilində aparılan siyasət nəticəsində bu sahədə məşğulluğun və biznes subyektlərinin sayının artmasına nail olunub.
“Ümumilikdə, ümumi daxili məhsulumuzda mədəni və yaradıcı sənayelərin payı çoxdur.
Bizim üçün bu panel sadəcə fikir mübadiləsi üçün deyil, konkret layihələrin və gələcək əməkdaşlıqların qurulması üçün də mühüm fürsətdir. Burada formalaşan ilk tərəfdaşlıq yeni yaradıcı məhsulların yaranmasına, yeni layihələrin həyata keçirilməsinə, investisiyaların cəlb edilməsinə və müxtəlif ölkələrdən olan sahibkarların uzunmüddətli əməkdaşlığına yol aça bilər.
Ona görə də bu gün paneldə səsləndirilən bütün fikirlər gələcəkdə bu sahədə yeni əməkdaşlıqlar üçün yaxşı fürsətlər və imkanlar yaradır. Ümid edirəm ki, müzakirələr yalnız panel çərçivəsində deyil, paneldən sonra da bütün forum boyunca davam etdiriləcək”.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 27 Oktyabr 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















