Icma.az
close
up
RU
Yaradıcı şəxsiyyət ömrü: sənət naminə fədakarlıq

Yaradıcı şəxsiyyət ömrü: sənət naminə fədakarlıq

525.az saytına istinadən Icma.az xəbər verir.

Gülzar İBRAHİMQIZI
Filologiya üzrə fəlsəfə doktoru

Tarix boyu Azərbaycan xalqı öz ziyalı və qeyrətli qadınları ilə fəxr edib. Bu mənada müasir cəmiyyətimizdə ziyalı qadınlarımızın yaradıcılıq fəaliyyəti, elm və mədəniyyətimizin inkişafına verdikləri əməli töhfələr təqdirəlayiqdir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar müəllim, dirijorluq və xormeyster sənətinin incəliklərinə mükəmməl yiyələnən Təranə xanım Yusifova belə qadınlarımızın sırasında özünəməxsus yer tutur. Ustad sənətkar kimi, o, Beynəlxalq Muğam mərkəzinin nəzdində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xor Kollektivinin bədii rəhbəri və dirijorudur.

Musiqi nəzəriyyəsinə istinadən deyə bilərik ki, xor yaradıcı heyət olduğu üçün onu idarə edən bədii rəhbərdən son dərəcə diqqət, səbr, təmkin, yüksək mədəniyyət, ifa olunan hər hansı melodiyanın metodikasına dəruni bələdlik, xor ifaçılığının oxunuşunda hər bir sözün düzgün tələffüzü, səslərin qarşılıqlı və harmonik vəhdəti, qüvvətli səs duyumu tələb olunur. Bu çətin və mürəkkəb sənətin öhdəsindən gələn Təranə xanım xor cameəsi tərəfindən böyük hörmət və rəğbətlə qarşılanır. Onu da nəzər-diqqətə çatdırmalıyıq ki, xor kollektivinin əksər üzvləri musiqi sənətinə tam yiyələnmiş gənclərdən ibarətdir. Bu sənət vurğunlarının gələcək inkişafı naminə bədii rəhbərdən ali duyğular, yüksək xüsusiyyətlər tələb edilir. Məhz bu səbəbdən də Təranə Yusifova təcrübəli pedaqoq kimi öz bilik və bacarığını xor kollektivindən əsirgəmir. Bu möhtəşəm sənət ocağına iş üçün qəbul və üzv olmaq son dərəcə ciddi və məsuliyyətlidir. İlk növbədə, hər bir şəxsin musiqi duyumu, eşitmə və qavrama qabiliyyəti, səs tembri və ifaçılığı, fərdin yaradıcı zəkası diqqətlə yoxlanılır. Musiqi mədəniyyətimizin sayılıb-seçilən sənətkarı, Azərbaycanın ilk qadın dirijoru Ləman Atakişiyevanı fikrincə, "xor unikal, misilsiz bir orqanizmdir. O, insanların harmonik birləşməsinə, hərməy olmalarına qulluq edir!" (Axundova Gülarəxanım. "Azərbaycanın görkəmli dirijorları və xormeysterləri". Dərs vəsaiti. Bakı, ADPU, 2016. səh. 46)

Çoxsəsli xor oxuma ənənəsini lazımınca və layiqincə davam etdirən Cahangir Cahangirov adına Xor Kollektivinin üzvləri, əsasən, soprano, alt tenor və bas səsinə malik olan gənclərdən ibarətdir.

Xor kollektivinin ifası zamanı bu səsləri diqqət və dəqiqliklə müşayiət etmək bədii rəhbərin güclü istedadı və əzmkarlığıdır desək, səhv etmərik. Təranə Yusifova tərəfindən ictimai-siyasi yubileylər və ədəbi tədbirlər üçün seçilən, hər birinin məzmununa uyğun musiqi əsərlərinin münasibliyi, musiqinin ahəngdarlığı, lirizmi, həzinliyi, həyata, haqq və humanizmə çağırış sədası dinləyicilər tərəfindən böyük uğur, rəğbət və hərarətlə qarşılanır.

Məlum olduğu kimi, Azərbaycanda ilk peşəkar xor mədəniyyəti Üzeyir bəy Hacıbəyovun adı ilə bağlıdır. Təranə Yusifova xor sənətinin mahir bilicisi kimi bu tarixi ənənəni yorulmadan yüksək professional səviyyədə davam etdirir. Bu çətin, fəqət maraqlı sənət yolunda Təranə xanıma və istedadlı xor kollektivinə gələcək işlərində uğurlar arzulayıram!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://525.az
archiveBu xəbər 01 May 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see156

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see154

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri