Icma.az
close
up
RU
İşıqlı ömrü ilə qəlblərdə yaşayan şəxsiyyət ŞƏRH

İşıqlı ömrü ilə qəlblərdə yaşayan şəxsiyyət ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın tarixində elə şəxsiyyətlər var ki, onların həyatı yalnız bir dövrün deyil, bütövlükdə millətin yaddaşına çevrilir. Akademik, oftalmoloq alim, qayğıkeş ana və sədaqətli həyat yoldaşı olan Zərifə Əliyeva məhz belə insanlardan idi. Onun ömür yolu elmə, insana və Vətənə xidmətin parlaq nümunəsidir.

Ulu Öndər Heydər Əliyev Zərifə xanım haqqında danışarkən onu yalnız böyük alim kimi deyil, həm də yüksək mənəviyyata malik, nadir insan kimi xarakterizə edirdi. Onun sözlərindəki səmimiyyət və dərin ehtiram bu böyük şəxsiyyətin həyatındakı rolunu aydın şəkildə göstərir. Heydər Əliyev üçün Zərifə xanım sadəcə ömür-gün yoldaşı deyil, həm də mənəvi dayaq, anlayışlı dost və müdrik məsləhətçi idi. Zərifə xanım Əliyeva oftalmologiya sahəsində böyük uğurlara imza atmış, xüsusilə peşə xəstəlikləri nəticəsində yaranan göz problemlərinin araşdırılmasına mühüm töhfələr vermişdir. Onun elmi fəaliyyəti yalnız nəzəriyyə ilə məhdudlaşmırdı – o, minlərlə insana şəfa bəxş edən həkim idi. Xəstələrinə münasibəti isə onu fərqləndirən əsas cəhətlərdən biri idi: diqqət, qayğı və səmimiyyət.

Onun həyat fəlsəfəsində insan amili hər zaman ön planda dayanırdı. O, həkimlik sənətini yalnız peşə kimi deyil, müqəddəs bir missiya kimi qəbul edirdi. Zərifə xanım üçün hər bir xəstə bir insan taleyi idi və bu taleyə biganə qalmaq onun təbiətinə zidd idi.

Ulu Öndər Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, Zərifə xanımın ən böyük xüsusiyyətlərindən biri onun sadəliyi və təvazökarlığı idi. O, əldə etdiyi uğurlara baxmayaraq, heç zaman özünü ön plana çəkmir, əksinə, insanlara xidmət etməyi həyatının əsas məqsədi sayırdı. Bu xüsusiyyətlər onu sevdirən və yaddaşlarda əbədi yaşadan əsas amillərdəndir. Zərifə xanım Əliyevanın ailə həyatında da nümunəvi rolu xüsusi qeyd olunmalıdır. O, ana kimi də yüksək mənəvi dəyərləri ilə seçilir, övladlarına Vətənə sevgi, insanlara hörmət və zəhmətkeşlik kimi keyfiyyətləri aşılayırdı. Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva onun davamçısı kimi bu dəyərləri yaşadır.

Zərifə xanımın ömrü qısa olsa da, mənalı və dolğun keçdi. O, arxasında zəngin elmi irs, saysız-hesabsız xeyirxah əməllər və ən əsası, insanların qəlbində silinməz iz qoydu. Belə insanlar zaman keçdikcə unudulmur, əksinə, daha da ucalır və nəsillərə örnək olur.

Bu gün Zərifə xanım Əliyevanın adı ehtiramla çəkilir, onun həyat yolu gənclər üçün bir məktəb, bir örnək kimi təqdim olunur. Ulu Öndərin onun haqqında dediyi fikirlər isə bu böyük insanın əsl dəyərini ən dolğun şəkildə ifadə edir: o, yalnız görkəmli alim deyil, həm də yüksək mənəviyyat sahibi, əsl insan idi.

Zərifə xanım Əliyeva – işıqlı ömrü ilə qəlblərdə yaşayan, insanlara nur bəxş edən bir ad olaraq yaddaşlarda əbədi qalacaq.

Xaliq Cabbarov

YAP Şərur rayon təşkilatının fəal

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Aprel 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see290

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see285

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see248

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see234

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see232

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see231

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see230

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see229

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see221

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see219

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see215

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see212

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see204

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see195

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see191

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see191

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see186

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see185

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri