Yaralı azərbaycanlıların sayı AÇIQLANDI
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Aktauda təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərin identifikasiyası üzrə iş aparılır.
Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Manqustau regional xəstəxanasının Tibb xidmətinin keyfiyyəti departamentinin rəhbəri Janer Baymanova bildirib.
Onun sözlərinə görə, saat 12.07-dən başlayaraq aviaqəza nəticəsində xəsarət alan şəxslərin müalicə müəssisəsinə gətirilməsinə başlanıb. Xəstəxanaya gətirilən 27 xəstədən 11 nəfərinin vəziyyəti ağır qiymətləndirilir: "16 nəfər müxtəlif şöbələrə yerləşdirilib. Onlar neyrocərrahiyyə, cərrahiyyə və travmatologiya şöbələrindədir", - deyə o, bildirib.
Baymanovanın sözlərinə görə, zərərçəkənlərlə psixoloqlar da işləyir: "Zərərçəkənlərdən 14 nəfəri azərbaycanlıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 25 Dekabr 2024 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















