Icma.az
close
up
RU
Yararsız dərmanlar xəstəxanalara necə yol tapır? (AÇIQLAMA)

Yararsız dərmanlar xəstəxanalara necə yol tapır? (AÇIQLAMA)

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Vaxtı keçən dərman maddələri istifadə oluna bilməz”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla sosial şəbəkələrdə vaxtı keçmiş dərman preparatlarının apteklərdən yığışdırılandan sonra xəstəxanalara verilməsi ilə bağlı yayılan məlumatları əks etdirən fotodan danışarkən deyib. 

Profesor bunun hüququ məsuliyyət yaratdığını diqqətə çatdırıb:

"Əgər bu cür fakt aşkarlanıbsa, mütləq araşdırılmalıdır. Dərman maddələrinin istehsalından tutmuş saxlanmasına kimi və dövriyyəsi ilə bağlı Azərbaycan Respublikasının qanunu var. Həmin qanunda dərman maddələrinin istehsalı, texnoloji standartlar, dərmad maddələrinin nəqli, idxalı, saxlanma qaydaları və satışı ayrı-ayrılıqda göstərilib”. 

 

Adil Qeybulla vaxtı keçən dərmanların istifadəsini mümkünsüz sayır:

"Düzdür, Avropa istehsalı olan dərman maddələrinin əksəriyyətinin istehsal müddəti keçəndə onlar öz aktivliyini xeyli saxlayır. Amma hər halda bu müddət elə-belə həmin dərmanların üstündə göstərilməyib. Bu onu göstərir ki, artıq həmin müddətdən başlayaraq dərman maddələrinin tərkibində müəyyən dəyişikliklər gedir ki, bu da onların keyfiyyət parametrlərinə təsir edir. Ona görə də deyirəm ki, vaxtı keçmiş dərman maddələri istifadə oluna bilməz. Fakt araşdırılmalıdır”. 


Qeyd edək ki, "Şimal xəbərləri”nin baş redaktoru Müqəddəs Mehdiyevin sosial şəbəkədə paylaşdığı fotoya görə, Qusar Rayon Mərkəzi Xəstəxanasında xəstələrə vaxtı keçmiş dərmanlar verilir. Məlumata görə, xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə Hacıyeva (o, həm də xəstəxana direktorunun həyat yoldaşıdır – red.) tibb işçilərinin Vatsap qrupuna bu cür mesaj göndərib:

"Deməli, aptekdə vaxtı keçən dərman və sərfiyyatlar var. Bunlar şöbələrə paylanacaq”. 

Bu mesaj tibb işçiləri arasında narazılıq yaradıb. 

Bahar Rüstəmli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Mart 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri