Icma.az
close
up
RU
“Firma dərmanları” xəstəxanalara necə yol tapır? AÇIQLAMA

“Firma dərmanları” xəstəxanalara necə yol tapır? AÇIQLAMA

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Məlumdur ki, Azərbaycanda dərmanların əksəriyyəti olduqca bahadır. Onların da çoxu “firma dərmanları” deyilənlərdir. Yəni hansısa firma həmin dərmanların Azərbaycana idxalçısıdır. Bu səbəbdən də gətirdiyi dərmanların daha çox xəstəyə təyin edilməsində maraqlıdır. Bu marağa çox vaxt həkimləri də cəlb edir. Təəssüf ki, bəzi həkimlər lazım oldu-olmadı pasiyentinə həmin bahalı “firma dərmanları”nı yazır. Çox vaxt bu dərmanların qiyməti ilə keyfiyyəti üst-üstə düşmür. İddialar o yöndədir ki, həkimlər bu sövdələşmədən faiz götürürlər. Yəni dərman satışından həmin həkimə də pul çatır. Bunun qarşısını almaq mümkündürmü?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən həkim- terapevt Sübhan Hacıyev bildirib ki, dünyada heç bir firma dərmanı olmayan preparat yoxdur:
“Çünki bütün dərman preparatları istər kimyəvi tərkibli olsun, istər vitamin-mineral kompleksi olsun, istər bioloji aktiv maddə olsun, bunlar bütün dünyada özəl şirkətlər tərəfindən istehsal olunan bir preparatlardır və digər ölkələrə ixrac olunurlar. Bir çox inkişaf etmiş ölkələrin, dünya şöhrətli, farmaseptik şirkətlərin dərmanları bütün dünyada eyni adda, eyni brendlə satılır. Heç bir həkimə, tibb işçisinə ümumiyyətlə satılması üçün heç bir qonarar, mükafat və yaxud da ki, ödəmə təqdim olunmur. Lakin daha kiçik şirkətlər, bəzi inkişaf etməkdə olan ölkələrin dərman preparatları olur ki, bunlar da əczaçılıq bazarında özlərinə yer etmək və böyük şirkətlərlə mübarizə apara bilsin deyə bu işə əl atırlar. Bəzi həkimlər də bu problemlə üzləşirlər. Nəticə etibarilə bu işə əl qoyurlar. Bu da təbii ki üzqaramızdır. Burada hər hansı bir maddiyat müqabilində o dərmanları reseptlərə yazılırlar”.
S. Hacıyev onu da qeyd edib ki, ölkəmizdə gedən islahatlar bugünkü gündə o problemlərin tədricən həll olunduğunu göstərir:
“Kimyəvi tərkibi olan dərmanlar artıq referendə salınıb. Referend sistemində bir dərman eyni tərkibdədirsə və eyni ölkənin istehsalıdırsa, bunlar vahid bir qiymətdə olmalıdır. Bütün apteklərdə həmin dərman, preparatı eyni qiymətdə olur. Burada istisna vitamin, mineral kompleksləri və bioloji qida əlavələri özlərini göstərə bilir. Başqa bütün dərmanlar eyni qiymətdə olur.Bütün bunlarla yanaşı hazırda Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron resept blankları artıq öz təsdiqini tapıb və bir çox həkimlər də artıq buna qoşulublar. Düşünürəm ki, il sonuna qədər bu proyekt tam təsdiq olunacaq. Artıq bütün ölkəmizdə həkimlərimiz xaricdə olduğu kimi elektron resept tərtib edərək xəstəyə yazacaqlar. Burada da artıq həmin o mükafat müqavilində dərman yazmaları və yaxud da ki, hər hansı bir əsassız bioloji aktiv əlavələrin, vitamin komplekslərin, pasientlərə gərəksiz yazılmasının qarşısı ciddi şəkildə alınmış olacaq. O ki, qaldı ölkəmizdə olan bəzi dərmanların keyfiyyət probleminə. Mən də bununla razıyam. Çünki bildiyimiz kimi bir çox böyük bir şirkətlər ölkəmizdə yoxdur. Onlar bizim ölkəmizdə dərman istehsal edib verməkdə maraqlı deyillər. Bir çox dünya şöhrətli brendlər, hansı ki, effektivliyi şübhəsizdir. Bu effektivlik bütün dünyada olduğu kimi birinci əl olaraq bizə gəlib çatmasında problem var.  Bəzi şirkətlər var ki, onlar Azərbaycana və yaxud da Azərbaycan kimi kiçik ölkələrə böyük bir dərman istehsal edib satışını icra etmirlər. Buna görə  də daha kiçik şirkətlər daha az keyfiyyətli dərmanları bizim ölkəmizə gətirə bilirlər. Nəticədə də bəzən insanlarımızın eyni molekulanı xaricdən aldığı zaman daha effektiv olduqları deyillər”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Fevral 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see315

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see308

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see297

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see282

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see275

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see272

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see257

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see246

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see240

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see235

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see225

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see221

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see208

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see200

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri