Yardım edənləri ruhdan salırsınız Nigar Köçərlidən sərt mesaj
Icma.az bildirir, Yenisabah portalına istinadən.
“Əli və Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərli sosial şəbəkədə paylaşılan yardım çağırışı ilə bağlı ona ünvanlanan tənqidlərə münasibət bildirib. Belə ki, sosial şəbəkə istifadəçilərindən biri sahibkar qadının paylaşımına şərh yazaraq yardım çağırışlarını tənqid edib və bu cür paylaşımların insanları utandırdığını söyləyib. Sözügedən şərhdə imkanlı şəxslərin özlərinin kömək etməli olduğu vurğulanıb.
“Yeni Sabah” xəbər verir ki, məsələyə münasibət bildirən Nigar Köçərli qeyd edib ki, yardım toplamaq prosesinə çox nadir hallarda qoşulur:
“Mən çox nadir hallarda yardım toplamaq prosesinə qoşuluram və yalnız həqiqətən faydalı olacağından əmin olduğum şəxslər üçün çağırış edirəm. Çünki, böyük məsuliyyətdir. Bir dəfə hörmətli dostum Zahir bəy məndən soruşdu ki, bu məsuliyyətdən necə ehtiyat etmirsiniz? Axı mütləq kimsə ağzına gələni yazacaq, çirkin işlərdə ittiham edəcək”
O, yardım çağırışlarını “özünüreklam” adlandıranlara və “özünüz niyə kömək etmirsiniz” deyə ittiham edənlərə də cavab verib:
“Özünüreklam adlandıranlar, doğruluğuna şübhə edənlər, "Bəs özünüz niyə kömək etmirsiniz" deyərək ittiham edənlər olur. İndi yalnız sonuncu ittihama cavab verəcəyəm.
Birincisi, mən, Şahbaz bəy, bütün gözəl mərhəmətli xalqım kimi, kömək edəndə bunu düşük bloggerlər kimi nümayiş etdirmirik.
İkincisi, bizim (mənim və Şahbaz bəyin) imkanlarımız düşündüyünüz qədər geniş deyil. Deyim ki, ən böyük məbləğ elə xalqın birliyindən, ürəyindən qopan o 1 manatla olur.
Üçüncüsü, bu paylaşım eyni zamanda imkanlı adamlar və dövlət qurumları üçün bir çağırış ola biler. Görər, öhtəsinə götürüb daha böyük kömək edə bilər deyə.
Siz isə neqativ fikirlərlə, ittihamlarla kömək etmək istəyənləri də ruhdan salırsınız.”
Nigar Köçərli insanların şübhə ilə yanaşmasını da anlayışla qarşıladığını bildirib və bunun səbəbini saxta yardım kampaniyaları ilə əlaqələndirib:
“İnsanları qınamaq da olmur. O qədər saxta pul yığan, xalqı soyan vicdansızla qarşılaşıblar ki, hər şeyə şübhə ilə yanaşırlar.
Yaddaşları təzələmək üçün deyim ki, bu paylaşımlar sayəsində bir tikinti şirkəti Əlisa Nicatın evini təmir etdi, kombi şirkəti evin istilik problemini həll etdi, küçədə qalan professor Fazil Qaraoğlunun ev problemi həll olundu”.
Sonda Nigar Köçərli cəmiyyətə çağırış edərək bildirib ki, insanların öz imkanları daxilində yardım etmək istəyi dəyərlidir və bu təşəbbüslərə mane olmaq yox, dəstək olmaq lazımdır:
“Xalqın öz iradəsi, imkanları daxilində yardım etmək istəyi çox gözəldir. Buna əngəl deyil, yalnız dəstək olmaq lazımdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 13 Dekabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















