Icma.az
close
up
RU
Nigar Köçərlidən Səhiyyə Nazirliyinə ETİRAZ “Kitablarımı müsadirə edib, 5000 manatdan çox ziyana saldılar!”

Nigar Köçərlidən Səhiyyə Nazirliyinə ETİRAZ “Kitablarımı müsadirə edib, 5000 manatdan çox ziyana saldılar!”

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

“Saat 11-də Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzindən canlı açıb öz kitablarımı tələb edəcəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri "Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli öz Facebook hesabında bildirib. O, məsələnin ictimailəşdirilməsinin səbəbi kimi qurum tərəfindən ona qarşı edilən ədalətsizlikləri göstərib. Nikar Köçərli qeyd edib ki, İngiltərədən özəl sifarişlə gətirdiyi, dəyəri 1000 manat olan kitablar üçün Səhiyyə Nazirliyinin aidiyyəti qurumu ona 1900 manatlıq "sertifikat xərci" ödətdirib. Bundan əlavə, dəyəri 500 manat olan ən bahalı kitabların "ekspertiza" adı ilə müsadirə edildiyini və hələ də geri qaytarılmadığını bildirib.
“Bu mərkəz sahibkarların başına oyun açır! Müştərim kitablarını tələb edir. Mən isə ona cavab verə bilmirəm. Kitab əvəzinə heç kəsə lazım olmayan sertifikat verə bilmərəm. Bu, sahibkarlıq fəaliyyətimizə ciddi zərbə vurur”, – deyə o qeyd edib.
 

Sahibkar bildirib ki, yalnız son bir ay ərzində Respublika Sanitariya-Karantin Mərkəzinin fəaliyyəti nəticəsində ümumilikdə 2600 manat dəyərində ziyana düşüb. Onun sözlərinə görə, sənədlərdəki qarışıqlıqlar gömrükdə gecikmələrə səbəb olub və əlavə saxlama xərcləri yaranıb. Sertifikatlara ümumilikdə 3100 manat vəsait ödəndiyi, üstəlik bir sıra kitabların da "müsadirə" edildiyi iddia olunur.


O, qeyd edir ki, dünən qurumun rəhbəri Aris Rüstəmov, müavini Famil, əməkdaşlar Pərvanə və Həcərlə keçirilən görüşdə ona kitabların geri qaytarılacağı və gələcəkdə kiçik partiya kitablar üçün sertifikat tələb olunmayacağı vədi verilib. Lakin bir gün sonra yenidən prosesi yubadıb, əlavə olaraq yeni sifariş üçün 300 manat və daha bir bahalı kitabın müsadirəsini tələb ediblər.
Sahibkar məsələ ilə bağlı aidiyyəti qurumlardan açıqlama və ədalətli qərar gözlədiyini bildirib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Sentyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see291

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see250

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see198

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see191

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see161

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see154

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see149

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri