Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

“YARDIM KƏSİLƏCƏK, DONBASI İTİRƏCƏYİK” Ukrayna hakimiyyəti və cəmiyyəti səksəkə içindədir

“YARDIM KƏSİLƏCƏK, DONBASI İTİRƏCƏYİK” Ukrayna hakimiyyəti və cəmiyyəti səksəkə içindədir

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünyada ABŞ-dəki prezident seçkilərinin nəticələrini az qala amerikalılar qədər gərginlikdə gözləyən dövlətlərdən biri, bəlkə də birincisi Ukrayna oldu. Hazırda Donald Trampın prezident olmasının Ukraynaya hansı gələcəyi vəd etdiyi barədə müzakirələr qızışmağa başlayıb.

“AzPolitika” xəbər verir ki, “Finacial Times” nəşrinin yazdığına görə, Ukrayna hakimiyyətində, xüsusilə də ordu rəhbərliyində Trampın prezidentliyindən gözləntilər heç də müsbət deyil.

Qəzet yazır ki, Ukrayna ordu rəhbərliyində çoxları Donald Trampın prezident olması ilə ABŞ-nin Kiyevə hərbi yardımının dayandırılacağından və Ukraynanın ən azı Donbası itirəcəyindən ehtiyatlanırlar.

Bu barədə “Financial Times” adının açıqlanmasını istəməyən bir neçə ukraynalı yüksək rütbəli hərbçiyə və hökumət müşavirlərinə istinadla yazıb. Hərbçilərdən biri qəzetə açıqlamasında ABŞ-nin Ukraynaya dəstəyini “ölüm-qalım məsələsi” adlandırıb və "Biz Trampı bizimlə olmağa inandırmalıyıq" deyib.

Ukrayna hökumətinin müşaviri isə Trampın “bütün dünyanı xaosa sövq edə biləcəyindən” qorxduqlarını söyləyib. O, bunun Avropa və Britaniya üçün “həqiqət anı” ola biləcəyini və Avropa liderlərinə, “nəhayət, özlərini böyük kimi sübut etmək” şansı yaratdığını deyib. Lakin Qərb liderlərinin bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə də şübhə etdiyini söyləyib.

Qəzet yazır: “Ukraynada çoxları Trampın Kiyevi müharibədə təslim olmağa məcbur edəcəyindən ehtiyat edərək, Kamala Harrisin qələbəsinə ümid bağlamışdı. Ali Radadakı hakim “Xalqın Qulluqçusu” Partiyası fraksiyasının lideri David Araxamia “Financial Times”-la söhbətində qeyd edib ki, “indi bir çox problemlər” olacaq, lakin eyni zamanda da “yeni dinamika yaranacaq”. Ukrayna Baş nazirinin Avropaya inteqrasiya üzrə müavini Olqa Stefanişinanın sözlərinə görə isə, Tramp Kiyevin xeyrinə “daha çox siyasi impuls” təşkil edə bilər. Ali Radanın Xarici Əlaqələr Komitəsinin rəhbəri Aleksandr Merejko Trampla bağlı “ehtiyatlı nikbin” olduğunu deyib: “O, uğurlu prezident olmaq istəyir və uğur o deməkdir ki, Ukrayna onun üçün uğursuzluq hekayəsi deyil, uğur hekayəsi olmalıdır”.

Xatırladaq ki, seçki kampaniyası zamanı Donald Tramp dəfələrlə bəyan edib ki, onun dövrü olsaydı Ukraynada müharibənin başlamayacaqdı. O, həmçinin seçkilərdə qalib gələrsə, ABŞ prezidenti vəzifəsinə rəsmən başlamazdan əvvəl 24 saata Ukraynada hərbi əməliyyatları dayandıracağına söz verib. Bundan əlavə, Tramp bir neçə dəfə Zelenskinin ünvanına tənqidlər səsləndirib. Seçki kampaniyasında verdiyi müsahibədə Tramp həmçinin deyib ki, Zelenski Rusiyanın Ukraynaya qarşı təcavüzünə görə şəxsən məsuliyyət daşıyır.

Bütün bunlara baxmayaraq, Volodimir Zelenski ABŞ seçkilərinin ilkin nəticələri açıqlanan kimi Trampı qələbə münasibətilə təbrik edən ilk dünya liderlərindən biri oldu. O, öz bəyanatında Trampla “Ukrayna ilə ABŞ arasında strateji tərəfdaşlığı, qələbə planını və Rusiyanın Ukraynaya qarşı təcavüzünə son qoymağın yollarını” müzakirə etdiyi sentyabr görüşünü xatırladıb. Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak da təbrik məktubu yazaraq, iki liderin Trampın əvvəlki prezidentliyi dövründə “yaxşı iş münasibəti”nin olduğunu qeyd edib.

Göründüyü kimi, zatən müharibənin olduqca ağır duruma saldığı Ukrayna indi də Trampın prezidentliyinə görə səksəkə içərisindədir. Trampın müharibə ilə bağlı seçkiqabağı vədlərinin nə dərəcədə reallaşacağı və Ukraynanın qurban verilib-verilməyəcəyi sualı açıq qalır…

Lakin Ukraynada müharibədən bezənlər də həddindən artıq çoxdur və onlar bu dəhşətə nə yolla olursa olsun son qoyulmasını istəyirlər. Onların əksəriyyəti Trampın hakimiyyətə gəlişini müsbət qarşılayırlar. Ukraynalı təhlilçilərdən birinin dediyi kimi, “sonsuz dəhşətdənsə, dəhşətli sonluq yaxşıdır”…

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 Noyabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri