Icma.az
close
up
RU
“UKRAYNA PARLAMENTİ DONBASI VERMƏYƏ RAZIDIR” “Atəşkəsə ehtiyacımız var...”

“UKRAYNA PARLAMENTİ DONBASI VERMƏYƏ RAZIDIR” “Atəşkəsə ehtiyacımız var...”

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna Ali Radasının üzvləri ərazi məsələsində güzəştə getməyə və Donbası tərk etməyə razırdırlar. 

“AzPolitika” xəbər verir ki, bunu “Die Welt” qəzetinin jurnalisti Steffen Şvartskopf "son dərəcə nüfuzlu" adlandırdığı ukraynalı millət vəkilinə istinadla yazıb.

"Bəli, çox ağrılı olsa belə, güzəştə getməliyik. Və bəli, Donbası tərk etməliyik. Bu, mənim şəxsi fikrim deyil, bir çox parlamentarinin və buradakı bir çox insanın mövqeyidir. Nəyin bahasına olursa olsun, atəşkəsə ehtiyacımız var. Əks halda, ölümlər aylar və illərlə davam edə bilər" – deyə, jurnalistin istinad etdiyi, lakin adını çəkmədiyi deputat bildirib.

Onun sözlərinə görə, millət vəkili bu barədə ictimaiyyət qarşısında danışmaqdan imtina edib, çünki bu halda onun siyasi karyerası "dərhal başa çatacaq". Lakin Şvartskopf Ukraynada mübarizəni davam etdirmək və əraziləri azad etmək fikrində olanların da az olmadığını qeyd edib.

Qeyd edək ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) apardığı son sorğunun nəticələrinə görə, ukraynalıların 54%-i ABŞ və Avropanın təhlükəsizlik zəmanətləri müqabilində bütün Donbasın Rusiyaya təhvil verilməsi təklifini qəti şəkildə rədd edir, 39%-i isə "əhəmiyyətli təhlükəsizlik zəmanətləri" şərtilə Donbasın verilməsinə razıdır. Reallıqda bununla razılaşanların xüsusi çəkisinin daha çox olduğu istisna edilmir.

Bundan əvvəl “Financial Times” nəşri Avropa Komissiyasının üzvlərinə istinadla yazıb ki, Kiyev yalnız Ukrayna Avropa Birliyinin tamhüquqlu üzvü olacağı təqdirdə ərazi güzəştləri də daxil olmaqla, Moskva ilə sülh müqaviləsinə razı olacaq.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Yanvar 2026 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri