Icma.az
close
up
RU
Yarımfinal oyunlarının vaxtı məlum oldu

Yarımfinal oyunlarının vaxtı məlum oldu

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Qadınların mübarizəsində dövrə oyunlarından sonra turnir cədvəlində ilk 4 pillədə qərarlaşan “Abşeron”, “Milli Aviasiya Akademiyası”, “Azərreyl” və “Gəncə” komandaları pley-offa vəsiqə qazanıblar.

Futbolpress.az xəbər verir ki, 5-ci yeri tutan “Murov Az Terminal” və sonuncu olan UNEC isə ölkə birinciliyində mübarizəni dayandırıblar.

Yarımfinalda çempionatın lideri “Abşeron” dördüncü yerin sahibi “Gəncə” klubu ilə görüşəcək. Digər yarımfinal matçı isə “Milli Aviasiya Akademiyası” (2-ci yer) və “Azərreyl” (3-cü yer) kollektivləri arasında baş tutacaq.

Kişilərin mübarizəsində isə dövrə oyunlarının nəticələrinə görə, yarımfinalda turnir cədvəlinin birincisi olan “Murov Az Terminal” dördüncü yerin sahibi “Neftçi” ilə, ikinci olan “Azərreyl” isə üçüncü yeri tutan “Xilasedici” komandası ilə qarşılaşacaq. Turnir cədvəlində 5-ci və 6-cı yerlərdə olan olan MOİK və “Gənclər” komandaları ölkə birinciliyində mübarizəni dayandırıblar.

Qeyd edək ki, qadınlar arasında yarimfinal oyunları aprelin 15-də və 17-də, kişilər arasında isə 16 və 18 aprel tarixlərində keçiriləcək. Bu mərhələ iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl Setdə müəyyənləşəcək.

Yarımfinal oyunlarının təqvimi
Qadınlar (1-ci oyun)
15 aprel
15:00. “Abşeron” – “Gəncə”
17:00. “Milli Aviasiya Akademiyası” – “AZERRAIL”
Ünvan: GİN-nin Voleybol Mərkəzi
Hər iki oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

Kişilər (1-ci oyun)
16 aprel
15:00. “Murov Az Terminal” – “Neftçi”
17:00. “Azərreyl” – “Xilasedici”
Ünvan: GİN-nin Voleybol Mərkəzi
Hər iki oyun AVF-nin rəsmi Youtube kanalında canlı yayımlanacaq

Qadınlar (2-ci oyun)
17 aprel
15:00. “Azərreyl” – “Milli Aviasiya Akademiyası”
17:00. “Gəncə” – “Abşeron”
Ünvan: GİN-nin Voleybol Mərkəzi
Hər iki oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

Kişilər (2-ci oyun)
18 aprel
15:00. “Xilasedici” – “Azərreyl”
17:00. “Neftçi” – “Murov Az Terminal”
Ünvan: GİN-nin Voleybol Mərkəzi
Hər iki oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 14 Aprel 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri