Icma.az
close
up
RU
Yarışlardan birinin Xankəndidə keçirilməsi ayrıca bir tarixi hadisədir Deputat

Yarışlardan birinin Xankəndidə keçirilməsi ayrıca bir tarixi hadisədir Deputat

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

III MDB Oyunlarının açılışı Azərbaycanın Gəncə şəhərində keçirilib. Yarışlar həmçinin ölkəmizin digər 6 şəhərində - Mingəçevirdə, Qəbələdə, Şəkidə, Göygöldə, Yevlaxda və Xankəndidə də davam edəcək. 

Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Azərbaycanda MDB oyunlarının keçirilməsi mühüm idman hadisəsidir.

"Yeni nəslin idman ruhunda tərbiyə olunması və müxtəlif növ yarışlarda uğurla çıxış etmələri üçün mühüm motivasiya yaradır. Bu, eyni zamanda dövlətimizin idmanın inkişafına göstərdiyi qayğının göstəricilərindən biridir. Bütün hallarda idman həmişə dostluq bayramıdır və çoxsaylı ölkələrin bu yarışlarda iştirak etməsi heç şübhəsiz ki, həm turizm əlaqələrinin, həm xalqlararası dialoqun inkişafında da öz töhfəsini verəcək. MDB oyunları Gəncə daxil olmaqla yeddi şəhərimizdə keçirilir və bu şəhərlərin hər biri Azərbaycanın müxtəlif istiqamətlərində yerləşir. Paytaxtdan kənarda olan şəhərlərimizin şəhər infrastrukturunun və idman logistikasının inkişafının göstəricisi kimi qəbul edilməlidir".

Millət vəkili qeyd etdi ki, bu gün paytaxtdan kənarda Gəncədə də, Mingəçevirdə də, Qəbələdə də, Şəkidə də, Göygöldə də, Yevlaxda da biz beynəlxalq idman yarışlarını keçirəcək imkanlara sahib olan idman qurğuları və şəhər infrastrukturu inşa etməyi bacarmışıq:

"Bu yarışlardan birinin Xankəndidə keçirilməsi isə ayrıca bir tarixi hadisədir. Xüsusən də bəzi MDB ölkələrində Xankəndinin bizə aid olub-olmamasını mübahisələndirmək istəyən dövlətlər var idi ki, bu gün onların idmançıları Xankəndidə, Azərbaycan şəhərində bu yarışlarda iştirak edirlər. Mənə elə gəlir ki, həm də ayrıca bir mühüm tarixi hadisədir".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Oktyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri