Icma.az
close
up
RU
“III Beynəlxalq Şuşa Forumunun Xankəndidə keçirilməsi hər birimizi qürurlandırdı” Deputat

“III Beynəlxalq Şuşa Forumunun Xankəndidə keçirilməsi hər birimizi qürurlandırdı” Deputat

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“İyulun 19-da Xankəndi şəhərində öz işinə başlamış “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu ölkəmizdə gedən proseslərə, xüsusilə də Azərbaycanın xarici siyasət strategiyasına beynəlxalq ictimaiyyətin marağının getdikcə artdığını bir daha nümayiş etdirdi”.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, Forumda yerli media nümayəndələri ilə yanaşı, 52 ölkədən 140 qonağın, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrinin yüksək səviyyədə təmsil olunduğunu nəzərə alsaq, bu tədbirin Azərbaycanın azad olunmuş ərazilərinin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə böyük bir töhfə olduğunu da aydın görərik.” Forumun açılışında aparılacaq müzakirələrin məhz medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən, rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönəlməsinin vacibliyi qeyd olundu. Dünya KİV təmsilçilərinin suallarını cavablandıran cənab Prezident İlham Əliyev ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac olduğunu diqqətə çatdırdı. Təəssüf doğuran haldır ki, bu gün hələ də Azərbaycan haqqında beynəlxalq mediada, xüsusən də Qərb mediasında yayılan məlumatlar bir çox hallarda həqiqətə uyğun olmur. Biz çox zaman faktların manipulyasiyasının, yanlış narrativlərin şahidi oluruq. Möhtərəm dövlət başçımız “Berliner Verlag” qəzetinin redaktorunun sualını cavablandırarkən bu məsələyə də konkret münasibət bildirdi. Cənab Prezident qeyd etdi ki, ictimai rəyə əsasən media təsir edir, xüsusən də tanımadığınız ölkə haqqında təhlilə gəldikdə. Bu gün isə, Qərbin ictimai rəyi və Qərb mediasının təsiri, Azərbaycana gəldikdə, çox mənfi və ədalətsizdir. Belə vəziyyətin aradan qaldırılmasının ən yaxşı yolu da məhz belə tədbirlərin keçirilməsidir. Burada jurnalistlər, media, 50-dən çox ölkədən liderlər toplaşıb və ən yaxşı yol həmin insanların Azərbaycana gəlmələri və xalqın öz Prezidenti, hökuməti və inkişafı haqqında nə düşündüklərini öyrənməkdir. Sonra isə bütün bunlar barədə auditoriyaya həqiqəti söyləmək lazımdır. Əlbəttə ki, bu, qarşılıqlı anlaşmanı qat-qat yaxşılaşdıracaq”.

Millət vəkili daha sonra bildirib ki, Forumun gedişində cənab Prezident İlham Əliyevin toxunduğu mühüm məsələlərdən biri də Azərbaycanın neokolonializmlə mübarizədə rolu ilə bağlı oldu: “Yeni Kaledoniya və Fransa arasında iyulun 12-də imzalanmış yeni razılaşmaya, eləcə də bir çox dəniz ərazilərində hələ də davam edən kolonializmə qarşı mübarizə ilə bağlı məsələlərə dövlət başçımızın rəyini öyrənmək məqsədilə Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibinin verdiyi sualları cavablandırarkən Ölkə Prezidenti cənab İlham Əliyev ilk növbədə bildirdi ki, Fransa ilə Yeni Kaledoniya arasında baş vermiş hadisə tarixi presedentdir və bu, hekayətin sonu deyil, yalnız başlanğıcıdır. Qoşulmama Hərəkatına sədrliyin ilk ilindən başlayaraq Azərbaycan dekolonizasiya, müstəmləkə olan ərazilərin müstəqilliyə və ədalətə qovuşması, eləcə də beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrası ilə bağlı səyləri dəstəkləmiş və təşviq etmişdir. Bu, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın öhdəliyi, eyni zamanda, bir ölkə kimi mövqeyi idi. Çünki bu gün XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hakimiyyəti altında saxlaya bilməz. Bu, hər hansı normal insan davranışına heç cür sığmır. Bu, xalqların fundamental hüquqlarına, onların azadlığına ziddir. Avropa qitəsinin əsas dəyərləri həmin müstəmləkə iddiaları ilə kobud şəkildə pozulur. Bununla Azərbaycan Prezidenti dünyaya demokratiya dərsi keçmək iddiasında olan bəzi Qərb liderlərinə bir daha əsil demokratiyanın nədən ibarət olduğunu dərk etmələrinin zamanı gəldiyi barədə növbəti mesajını göndərdi”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 İyul 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see251

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see163

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see161

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri