Yaş fərqi niyə kişiyə yaraşır, qadına yox? Cəmiyyətdə ikili standart problemi
Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cəmiyyətin formalaşdırdığı ənənəvi baxışlara görə, kişinin yaşının böyük olması onun “yetkin”, “təcrübəli” və “ailəni idarə edə bilən” biri kimi qəbul edilməsinə səbəb olur. Qadın isə hələ də əsasən gəncliyi və zahiri görünüşü ilə dəyərləndirilir. Yaş artdıqca, sanki qadının sosial və emosional dəyəri azalırmış kimi yanaşma formalaşır. Bu yanaşma məntiqə deyil, illərlə dəyişmədən ötürülən stereotiplərə əsaslanır.
Kişinin özündən xeyli kiçik qadınla ailə qurması cəmiyyətdə demək olar ki, heç bir etiraz doğurmur. “Kişi gec yetkinləşir”, “kişinin yaşı önəmli deyil” kimi fikirlər artıq norma halını alıb. Amma eyni vəziyyət qadın üçün keçərli olmur. Qadın yaşca böyük olduqda, onun seçimi dərhal tənqid olunur, münasibətin davamlı olmayacağı iddia edilir və bəzən təhqiramiz ifadələrə belə yol verilir.
Halbuki iki yetkin insanın qurduğu münasibətdə əsas meyar yaş deyil, qarşılıqlı hörmət, anlaşma və ortaq dəyərlər olmalıdır. Yaş fərqi münasibətin sağlam və ya uğursuz olacağını əvvəlcədən müəyyən etmir. Bu, yalnız cəmiyyətin baxış bucağına görə problemə çevrilir.
İbrahim Səlim və Ayşə Şeyma Ketenin evlilik qərarı da göstərir ki, yaş fərqi münasibətin mahiyyətini müəyyən edən əsas faktor deyil. Burada diqqət çəkən məqam yaş fərqindən çox, bu fərqə yanaşmadakı qeyri-bərabərlikdir. Kişi yaşca böyük olduqda susan cəmiyyət, qadın bir qədər böyük olanda sərt reaksiya verir.
Müasir dövrdə qadın və kişi münasibətlərinə eyni ölçü ilə yanaşmaq zəruridir. Əks halda sosial bərabərlikdən danışmaq mümkün deyil. Bəlkə də artıq sualı dəyişməyin vaxtıdır: “Kim neçə yaş böyükdür?” yox, “Bu iki insan xoşbəxtdirmi?”
Leyla Mirzə, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 02 Yanvar 2026 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















