Icma.az
close
up
RU
Cəmiyyətdə aqressiya niyə artır? AÇIQLAMA

Cəmiyyətdə aqressiya niyə artır? AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Son illərdə cəmiyyətdə aqressiyanın artması narahatlıq doğuran məsələlərdən biridir. Kiçik yaşlı uşaqlardan tutmuş yetkin insanlara qədər, hər kəsdə müəyyən aqressiv davranışlara rast gəlmək mümkündür. Xüsusilə məktəblilər arasında baş verən münaqişələr, bir-birlərini “söhbətə çağırmaq”, hətta böyüklərin belə şəhərin ortasında fiziki şiddətə əl atması kimi hallar sanki adiləşib. Bəs cəmiyyətdə bu aqressiya nədən qaynaqlanır?
Psixoloq Nizami Orucov Metbuat.az-a açıqlamasında deyib ki, bu problemin kökündə duran səbəbləri ayırmaq lazımdır:
“Ümumi cəmiyyətdəki yetkin, yaşlı insanlarda aqressiyaya nəzər salsaq, kökündəki səbəb məişət və ailə problemləri, insanların həyatlarındaki xaos vəziyyəti, sosial media ilə bütünləşmək, reallıqdan qopmaqdır. Bunun nəticəsində reallıqdan qopan insan öz həyatı ilə üz-üzə qalanda aqressivləşməyə başlayır və reallıq ilə idealı arasında uçurum vəziyyətində qalır. Uşaqlardakı aqressiyaya səbəb olaraq ailədə, məktəbdə görülən aqressiv modellər, sosial mediadakı dünyada aqressiyanın üstünlük və güc strukturu olması, uşaqlarda buna qarşı yaranan inanc, məktəbdə yaranan rəqabət, bullinq halları və ya duyğularını ifadə edə bilməmə problemini qeyd etmək olar. Böyüklərdən fərqli olaraq uşaqlar aqressiyanı 90 % şüursuz, anlamadan sərgiləyirlər və tənzimləyə bilmirlər”.

N.Orucov cəmiyyətimizdəki bu aqressiyanın necə ram edilməsindən də danışıb:
“Ümumi olaraq aqressiyanı azaltmaq üçün ailədaxili münasibətləri sağlamlaşdırmaq, məktəbdə və ümumi olaraq maarifləndirməni artırmaq, alternativ enerji boşaltma yolları yaratmaq (məsələn, idman, incəsənət, teatr və s.) lazımdır. Həmçinin sosial mediadan istifadəni azaltmaq mütləqdir. Uşaqlarda bu istifadəni sağlam idarəetmə və nəzarətdə saxlamaq vacibdir”.
Psixoloq qeyd edib ki, bu məsələnin həlli sadəcə tək bir nəfərlə mümkün deyil:
“Aqressiyanın çox olması bir cəmiyyəti maraqlandıran hadisədir. Bu hal mövcud cəmiyyətin sistemində, psixologiyasında və daxili münasibətlərində bir şeylərin yanlış getdiyini göstəricisidir. Ona görə də aqressiya kimi zəncirvari problemin həlli ən əsas kütləvi lazımi maarifləndirmə və sağlam təbliğat ilə həll edilə bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Mart 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri